Honduras yığmasının daha iki oyunçusu “Xəzər-Lənkəran”a gəlir!
09.12.2009 - 11:45
“Xəzər-lənkəran” qış fasiləsində heyətinə Honduras yığmasının daha iki futbolçusunu qata bilər. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Erik Norales və Maurisio Sabillonun transferində maraqlıdır. Hazırda vətənlərində “Deportivo Marafon” klubunda forma geyinən futbolçular “Xəzər-Lənkəran”da özünü yaxşı tərəfdən göstərən həmyerliləri Allan Lalinlə birlikdə Honduras “trio”sunu təşkil edə bilərlər.
Üç il əvvəl “Vida”dan “Deportivo Marafon”a keçən Noralesin 24 yaşı var. 180 sm boya malik müdafiəçi Hondurasın müxtəlif yığmalarında oynayıb. U-20 və U-23-də özünü yaxşı tərəfdən göstərən Erik əsas komandaya da cəlb olunur. Bunadək U-20-nin heyətində 2005-ci ildə Hollandiyada baş tutan dünya birinciliyinin final mərhələsində də oynayıb. Burada 13 matça 2 qol vuran futbolçu ötən il Pekində keçirilən Yay Olimpiya Oyunlarında və bu il təşkil olunan KONKAKAF “Gold Cup” turnirlərində əsas yığmanın şərəfini qoruyub. Özü də komandasını Pekinə məhz Norales çıxarıb. O, Olimpiya Oyunlarının seçmə mərhələsinin yarımfinalında oyunsonrası seriyada həlledici zərbəni vurmaqla, Pekinə vəsiqəni təmin edib.
Daha təcrübəli Maurisionun isə 31 yaşı var. 10 ildir “Deportivo Marafon”da çıxış edən müdafiəçi 6 dəfə Honduras çempionu olub. Erik isə kapitanı olduğu komanda ilə 3 çempionluq yaşayıb. 2005-ci ildən başlayaraq yığma komandaya cəlb olunan Sabillon millidə 23 qarşılaşma keçirib.
Qeyd edək ki, 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Honduras yığmasının seçmə mərhələdəki 18 matçında Sabillon 8, Norales 2 oyun keçirib. Lalin isə seçmə mərhələdə oynamayıb.

0
0