Ramiz Məmmədov yubileyi oyununa çıxır
09.12.2009 - 13:11
Unibank Premyer Liqasının XIV turunda “Qəbələ”nin çalışdırıcısı Ramiz Məmmədov üçün “Neftçi” ilə görüş əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi kimi bu komandada debüt edən 41 yaşlı mütəxəssis həm karyerasında, həm də “Qəbələ”də 100-cü oyunu olacaq. Bu matçadək komandasını ölkə çempionatı və kubokunda üst-üstə 99 oyuna çıxaran Məmmədov yubileyini bir vaxtlar futbolçu kimi oynadığı “Neftçi”yə qarşı keçirəcək.
2005-ci ildə Xanların “Göygöl” klubu kimi yaranan bu komanda elə ilk mövsümün gedişində adını dəyişdi. Birinci dəstədə keçirilən həmin mövsümün ikinci dövrəsində Xanlar təmsilçisi “Gilan” adını daşıyırdı. Növbəti – Premyer Liqadakı debüt ilində isə klub Qəbələyə köçmüşdü. Həm birinci dəstədə, həm də 2006/07 mövsümünün ilk 8 çempionat və 2 kubok matçında komandaya Faiq Cabbarov rəhbərlik etmişdi. Onun uğursuz nəticələrdən sonra gerçəkləşən istefasından sonra baş məşqçi postuna Məmmədov dəvət olundu. Klubun tarixinə ikinci baş məşqçi kimi düşən Ramiz bəyin debütü 2006-cı il noyabrın 4-nə təsadüf edib. Həmin vaxt Qəbələdə “Olimpik”lə keçirilən matçda qonaqlar 3:0 hesabı ilə qalib gəlmişdi. 2006/07 mövsümü bitəndən sonra “Gilan” adını “Qəbələ”yə dəyişib.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu sabah keçiriləcək.

mövsüm | turnir | O | Q | H | M | T | X |
2006/07 | Çempionat | 16 | 3 | 3 | 10 | 12-30 | 12 |
| Kubok | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
2007/08 | Çempionat | 26 | 11 | 3 | 12 | 33-36 | 36 |
| Kubok | 8 | 3 | 3 | 2 | 10-8 | 12 |
2008/09 | Çempionat | 26 | 9 | 6 | 11 | 28-21 | 33 |
| Kubok | 6 | 4 | 1 | 1 | 8-8 | 13 |
2009/10 | Çempionat | 13 | 6 | 4 | 3 | 17-15 | 22 |
| Kubok | 2 | 1 | 0 | 1 | 1-2 | 3 |
Cəmi | Çempionat | 81 | 29 | 16 | 36 | 90-102 | 103 |
| Kubok | 18 | 8 | 4 | 6 | 19-21 | 28 |
| ümumi | 99 | 37 | 20 | 42 | 109-123 | 131 |
0
0