Yunis Hüseynov: Başımızı itirmişik
09.12.2009 - 13:29
“Komandamız yarandığı vaxtdan indiyədək belə zəif çıxış etməmişdi. Çox acınacaqlı vəziyyətdəyik. Lap başımızı itirmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Altıncı mövsümdür ölkə çempionatında mübarizə aparan, ilk iki ildə gümüş və bürünc medal qazanan “Karvan” indi turnir cədvəlinin sonunda qərarlaşıb. Hüseynov baş məşqçisi olduğu komandanı nə qədər çalışsa da, “qara zolaq”dan çıxara bilmir: “İndiki vəziyyət mənə çox pis təsir edir. Biz bu yerə layiq deyilik axı. Turnir cədvəlində son pillələr “Karvan”ın iddiası ilə heç cür düz gəlmir. Vaxtilə medallar qazanan, çempionluq uğrunda mübarizə aparan komandam əvvəlki əzəmətini qaytarmalıdır. Xeyli vaxtdır qələbə üzünə həsrət qalmışıq, uzun müddətdən sonra nəhayət, bu turda xal qazana bildik. Demək olmaz ki, komandamız nəticə qazana bilmədiyi oyunlarda qol vəziyyətləri də yarada bilmir. Misal üçün, “Turan”la dünənki oyunda bir neçə yaxşı imkanımız oldu. Ancaq təəssüf ki, bundan istifadə edə bilmirik”.
Hüseynovun sözlərinə görə, uğursuz çıxış etmələrinə baxmayaraq, klub rəhbərliyi diqqət və qayğını azaltmır: “Bu planda vəziyyət çox yaxşıdır. Həqiqi sözümdür, and da içirəm. “Karvan”da maddi problem yoxdur, ola da bilməz. Futbolçular maaşlarını vaxtı-vaxtında alırlar. Hətta elə olur ki, rəhbərlik vaxtından əvvəl məvacibləri ödəyir. Cari mövsümdə zəif çıxış etsək belə, rəhbərliyin belə münasibəti çox təqdirəlayiq haldır. Ancaq əfsuslar olsun ki, futbolçular bunun qarşılığını vermirlər. Əslində, indiki vəziyyətdə incəlikləri bilirəm. Futbolçular üçün bu, pik nöqtəsidir. Ancaq indi əlimin altında olan oyunçuların potensialı bundan artığına çatmır. Oyunçunun öz qapısına qol vurması futbolda olur. Hər halda, iki avtoqol müəllifi olan yarımmüdafiəçimiz Anar Həsənov bunu etmək istəməz”.
“Karvan”ın sarvanı cari mövsümün ilk dövrəsində elə “Turan”la oyundan sonra istefa versə də, rəhbərlik bunu qəbul etmədi. Hüseynov komandanı yarı yolda qoymaq fikrində deyil: “Axı mən “Karvan”ın bünövrəsini qoymuşam, 6 ildir burada işləyirəm. Mənim üçün çox doğma olan komandanı indiki vəziyyətdə atıb, gedə bilmərəm. Əksinə, “Karvan”ı indiki çətin vəziyyətdən çıxarıb, yuxarı, layiq olduğu pillələrə qaldırmalıyam. Bunu etməmiş, postumu tərk etmərəm”.
Qeyd edək ki, “Karvan” elə Hüseynovun rəhbərliyi altında UEFA kubokunda ilk mərhələdə adlayan (2006-cı ildə) ilk klubumuz kimi tarixə düşüb.

- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0