“Barselona” Avropanı layiqincə təmsil edəcəkmi?
09.12.2009 - 13:37
Bu gün klublararası dünya çempionatı start götürür. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq yarışın ilk oyununda meydan sahibləri və Okeaniyanın ən yaxşı klubları üz-üzə gələcək.
Təsnifat xarakteri daşıyan bu görüşdən sonra 6 klub kubok uğrunda mübarizəni davam etdirəcək. Hələ püşkatmada Avropa Çempionlar Liqasının (ÇL) qalibi “Barselona” ilə Libertadores kubokunun son sahibi Argentinanın “Estudiantes” klubu səpələnmiş kimi güzəşt əldə edib ki, onlar yalnız dekabrın 19-da baş tutacaq finalda üz-üzə gələ bilər.
Kataloniyalılar altıncı dəfə keçirilən yarışda avropalıların nüfuzunu qorumalıdır. Son iki ildə dünyanın ən yaxşısı məhz köhnə qitə təmsilçiləri - “Milan” və “Mançester Yunayted” olub. İndi “Barselona”ya tarixində ikinci dəfə qatıldığı turnirdə Avropanın bu uğurlu seriyasını davam etdirmək, eyni zamanda ilk dəfə dünya çempionu olmaq qalır.
Qeyd edək ki, 2006-cı ildə də ÇL-in qalibi kimi turnirə qatılan ispaniyalılar yalnız finalda uduzaraq dünyanın ikinci komandası olmuşdu.
9 dekabr, 20:00
1. “Əl-Əhli” (BƏƏ) – “Oklend Siti” (Yeni Zelandiya)
11 dekabr, 20:00
2. “Mazembe” (Konqo) – “Pohanq Stilers” (Koreya)
12 dekabr, 20:00
3. 1-ci cütün qalibi – “Atlante” (Meksika)
15 dekabr, 20:00
Yarımfinal
4. 2-ci cütün qalibi – “Estudiantes” (Argentina)
16 dekabr, 20:00
5. 3-cü cütün qalibi – “Barselona” (İspaniya)
V yer uğrunda, 17:00
6. 2-ci cütdə uduzan - 3-cü cütdə uduzan
19 dekabr
III yer uğrunda, 17:00
7. 4-cü cütdə uduzan – 5-ci cütdə uduzan
I yer uğrunda, 20:00
8. 4-cü cütün qalibi – 5-ci cütün qalibi

0
0