“Karvan” Muzikadan dərs götürdü, yenidən Fransaya üz tutdu
09.12.2009 - 14:19
Yevlaxın “Karvan” klubu qış fasiləsində islahatlar aparacaq. Bu barədə apasport.az saytıma açıqlama verən komandanın baş məşqçisi Yunis Hüseynov qarşıya heyəti gücləndirmək məqsədi qoyulub. Onun sözlərinə görə, ayın sonunda, çempionatda 40 günlük fasilə yaranan zaman heyətə xeyli əl gəzdirəcəklər: “Hər şeyə dekabrın 25-dən sonra aydınlıq gələcək. Həmin gün “Standard”la səfər oyununda sonra fasilə yaranacaq və az sonra “transfer pəncərəsi” açılacaq. Həmin dövrdə çoxlu transfer etməyi planlaşdırmışıq. Ən azı 5-6 futbolçu alacağıq, say bundan da çox ola bilər. Maddi vəziyyətimiz buna imkan verir. Təbii ki, gedənlər də olacaq. Vaxtı gələndə həm onların, həm də yenilərin adlarını açıqlayacağıq. İnşallah, gələn il gücümüz bundan artığına çatacaq”.
Hüseynov yeni futbolçular arasında həm yerli, həm də legionerlərin olacağını bildirib. 44 yaşlı məşqçi futbolçularla bağlı çoxlu təkliflər aldıqlarını söyləyib: “Rusiya, Ukrayna, Avropa, Fransa, Tunisdən oyunçu dəvət edəcəyimiz gözlənilir. Fransadan əvvəl gələnlər bizə yararlı olmadığı üçün geri qaytardıq. Bu dəfə daha yaxşılarını cəlb etməyə çalışacağıq”.
“Karvan”ın çalışdırıcısı bir vaxtlar milli komandamızın da üzvü olan Yuri Muzikanı daha geri qaytarmaq fikrində deyil: “Onu böyük ümidlərlə heyətə cəlb etmişdik. Hər halda, komandada yer verdiyimiz futbolçulara inanırıq. Ancaq Muzikanı ümidlərimi doğrultmadığı üçün sıralarımızdan azad etdik. Uzun müddət xəstə oldu, az oynadı, komandaya kömək edə bilmədi. Bu, bizə dərs oldu. Tanıdığımız belə oyunçulara daha güvənməyəcəyik”.

0
0