Adrian Neaqa “Neftçi” klubundan ayrılmaq istəyir
09.12.2009 - 15:08
Adrian Neaqa “Neftçi” klubundan ayrılmaq istəyir
“Tovuzdakı oyunda komandamızın qələbəsi üçün çox vacib iki qola imza atdım. Biz 3:2 hesabı ilə qalib gələrək, öz mövqeyimizi və çempionluq şanslarımızı saxladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun hücumçusu Adrian Neaqa deyib.

Unibank Premyer Liqasının XIII turunun “Turan”la şübhəli səfər matçında yerli futbolçuların köməyi ilə iki qol vurmaqla komandasına 3:2 hesablı qələbə qazandıran futbolçu Rumıniya mətbuatına müsahibə verib. Əsasən sabiq komandası “Styaua” və vətənində baş verənlərə münasibət bildirən 30 yaşlı rumıniyalı gələcək karyerasına da toxunub: “Rumıniyada baş verənləri diqqətlə izləyirəm. Heç nəyi də nəzərdən qaçırmıram. Vətənə qayıtmaq variantı haqda isə heç nə deyə bilmərəm. “Neftçi” ilə yarım illik anlaşmam qalıb. Ola bilər ki, müqaviləni uzadım. Ya da “Neftçi”ni tərk edib başqa Azərbaycan klubu ilə anlaşım. Burada işlərim yaxşı gedir, artıq uyğunlaşmışam da”.