Ramiz Məmmədovdan “Neftçi”yə atmaca: Onlar psixoloji gərginlik keçirir
09.12.2009 - 15:21
“Açığı, “Qəbələ”də 100-cü oyunumun vaxtı ilə bağlı dəqiq araşdırma aparmamışdım. Ancaq bunun yaxın zamanda olacağını gözləyirdim. Baş məşqçi kimi, 100 oyuna çatmaq mənim üçün çoxdur. İnanıram ki, futbolçularım bu əlamətdar günümdə yaxşı oyun və nəticə qazanmaqla, məni sevindirəcəklər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
AFFA-nın İntizam Komitəsi tərəfindən verilən cəza bitdiyindən 41 yaşlı çalışdırıcı Unibank Premyer Liqasının “Neftçi” ilə sabahkı səfər oyununda texniki zonada yer alacaq. Ancaq bununla belə, “Qəbələ”nin heyətlə bağlı ciddi itkiləri var ki, indi Məmmədovu əsas qayğılandıran əsas məqam budur: “Latviyalı əsas qapıçımız Pavel Doroşevlə polşalı hücumçumuz Tomaş Stolpanın yoxluğu bizim üçün böyük itkidir. Onlar XIII turda “Qarabağ”la oyundan sonra İntizam Komitəsi tərəfindən cəzalanıblar. Biz AFFA-nın, PFL-nin bütün qərarlarına hörmətlə yanaşırıq. Ancaq elə məqamlar var ki, orada haqsızlıqla üzləşirsən. Misal üçün, Stolpaya göstərilən ikinci sarı vərəqə verilməyə bilərdi. Açıq etiraf edək ki, Doroşevlə bağlı epizodda rəqibə müdaxilə vardı. Ancaq gəlin bu məsələyə digər prizmadan yanaşaq. Qapıçımızın bu hərəkəti haradan qaynaqlanırdı? Həmin vəziyyətdə niyə əsəbi idi? Bütün bunlar Stolpaya göstərilən qırmızı vərəqə ilə bağlı idi ki, bundan sonra azlıqda qaldıq, rəqib hesabı bərabərləşdirdi. Bütün bunlar qapıçımıza da pis təsir göstərdi”.
Məmmədov aparıcı futbolçularının yoxluğuna baxmayaraq, “Neftçi” ilə görüşdə qələbəyə iddialıdır: “Rəqibin güclü olduğunu bilirik. Heyətimizdə də ciddi itkilər var. Ancaq bununla belə, ruhdan düşməyib, sabah meydana qalib gəlmək üçün çıxacağıq. Biz komandamıza bütün futbolçuları inanıb, yığmışıq. Heyətimizdə boşluqları aradan qaldırmağa çalışacağıq. İnanırıq ki, şans verəcəyim futbolçular itkilərimizi sığortalayacaq”.
Baş məşqçi son vaxtlar “Neftçi” ətrafında gəzən söz-söhbətləri, rəqibin psixoloji gərginlikdə olmasını özləri üçün üstünlük saymır: “Bu, bizim üçün heç bir üstünlük deyil. Məqsədimiz “Qəbələ”nin markasını qorumaqdır. Rəqiblə bağlı gəzən söz-söhbətlər bizi maraqlandırmır. “Neftçi” ilk dövrədə bizə məğlub olub. Bu dəfə qələbə qazanıb, əvəz çıxmağa çalışacaqlar”.
Qeyd edək ki, Məmmədov üç ildir “Qəbələ”ni çalışdırır.

0
0