“Olimpik-Şüvəlan”ın 3 futbolçusundan biri üçün 33 şam
09.12.2009 - 16:04
“Olimpik-Şüvəlan” klubunun yarımmüdafiəçisi Draqan Mandiç üçün Unibank Premyer Liqasının XIV turu xüsusi önəm kəsb edir. Apasport.az saytının məlumatına görə, serbiyalı futbolçu üçün “Xəzər-Lənkəran”la səfər qarşılaşması şəxsi mənada əlamətdar olacaq. Belə ki, Mandiç sabah 33 yaşanı qeyd edəcək. 1976-cı il dekabrın 10-da anadan olan Mandiç 33 yaşını Lənkəranda keçirəcək. Lakin 33 şamın yandırıldığı bu bayramın hansı əhval-ruhiyyədə təşkil olunacağı qarşılaşmanın nəticəsindən asılı olacaq.
Qeyd edək ki, Draqan “Olimpik-Şüvəlan”ın tarixində ən çox oyun keçirən 3 futbolçudan biridir. Təkcə çempionatda 71 dəfə klubunun formasını geyən serb yalnız Usim Nduka və Tərlan Əhmədovdan geri qalır. Sabahkı görüşdə meydana çıxmaqla isə Mandiç Əhmədova çatacaq.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0