Berti Foqtsun üstələyə bilmədiyi İqor Ponomaryov
09.12.2009 - 16:39
Futbol üzrə yeganə olimpiya çempionumuz İqor Ponomaryovun Azərbaycanda növbəti missiyası da bir illik oldu. Apasport.az saytının məlumatına görə, ötən ilin sonunda “Xəzər-Lənkəran”ın baş məşqçi postuna böyük ümidlərlə gətirilən 49 yaşlı mütəxəssisin klubdan birdəfəlik ayrılması artıq rəsmiləşib. Əslində, Ponomaryov hələ 2008/09 mövsümü bitdikdən sonra istefaya göndərilmişdi. Sadəcə, olimpiya çempionu baş məşqçilikdə çıxarılaraq, vitse-prezidentliyə gətirildi. Bir illik fasilənin ardından “Xəzər-Lənkəran”a qaytarılan Tuyqun Nadirov isə onun köməkçisi oldu.
Ponomaryovun qarşısında duran əsas vəzifə klub infrastrukturu, daha dəqiq desək, uşaq futbolunda, futbol məktəbində təşkilatı işlərlə bağlı idi. Bu sahədə təcrübəsi olan ukraynalı mütəxəssis Yuri Panfilov məhz onun vaxtında dəvət olundu, indinin özündə də “Xəzər-Lənkəran”ın bütün aşağı yaş qruplarından ibarət komandalarına rəhbərlik edir. Ponomaryov yeni vəzifədə yarım il çalışdıqdan sonra Lənkəran təmsilçisində missiyasını tam başa çatmış saydı. O, yenə də məşqçiliklə məşğul olmaq istədiyindən vitse-prezident vəzifəsindən getdi.
Ponomaryov “Qarabağ”da (2004/05 mövsümündə) olduğu kimi, “Xəzər-Lənkəran”a da ölkə çempionatında mükafat qazandıra bilmədi. Fərq ondadır ki, olimpiya çempionumuz bir il çalışdırdığı Ağdam təmsilçisində mövsümü 6-cı, 6 ay sükanı arxasında olduğu Lənkəran klubunda 4-cü yerdə bitirdi. Halbuki onun qarşısına komandanı avrokuboklara çıxarmaq vəzifəsi qoyulmuşdu. Ancaq “Xəzər-Lənkəran” nə çempionatda, nə də ölkə kubokunda buna nail oldu. Maraqlıdır ki, Ponomaryov artıq debütdə - “Karvan”la qolsuz heç-heçə nəticələnən ev oyunu zamanı istefaya səsləndi. O, sonradan da lənkəranlı azarkeşlərin bu şüarları ilə rastlaşdı və belə münasibətdən narazı olduğunu gizlətmədi.
Qeyd edək ki, vaxtilə milli komandamızı da çalışdırmış Ponomaryovun rekordu isə qırılmaz qalır. O, 2002-ci il dünya çempionatının seçmə mərhələsində əvvəldən sonadək rəhbərlik etdiyi yığmamıza 5 xal qazandırıb. Ponomaryovla yanaşı, yığmamızda Şahin Diniyev və Berti Foqts də eyni nəticəni göstərib. Onun nəticəsini üstələmək isə hələlik qeyri-mümkündür.
İqor Ponomaryovun “Xəzər-Lənkəran”ın baş məşqçi postunda göstəriciləri
2008/09 mövsümü, ikinci dövrə
Ölkə çempionatı: 13 oyun, 7 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət, topların fərqi: 25-9
Ölkə kuboku: 2 oyun, 1 heç-heçə, 1 məğlubiyyət, topların fərqi: 2-3
Cəmi: 15 oyun, 7 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət, topların fərqi: 27-12

0
0