Bülənt Korkmaz: Onlara səhvlərini başa saldım
09.12.2009 - 17:12
“Həqiqətən də ilk hissədə oyunumuz alınmadı, səhvlərimiz oldu. Rəqib qapımız qarşısında iki real qol vəziyyəti yaratdı. Əgər bunlardan biri qola çevrilsəydi, işimiz pis olacaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz “İnter”lə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
Bu gün Unibank Premyer Liqasının XIV turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “İnter”i 2:0 hesabı ilə üstələyən “zolaqlılar”ın türkiyəli baş məşqçisi vəziyyətin fasilədə düzəldiyini söyləyib: “Fasilədə yetirmələrimə səhvlərini başa saldım, müvafiq tapşırıqlarımı verdi. Onlar ikinci hissədə çatışmazlıqları aradan qaldırdılar və iki qol vuraraq, vacib qələbə qazandıq”.
Qeyd edək ki, Korkmaz “Bakı”nın baş məşqçisi postunda ilk dəfə məhz “İnter”lə oyunda məğlubiyyətə düçar olub (0:1).

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0