Sxadadze təqvimdən gileyləndi
09.12.2009 - 17:23
“Məni təqvimdən narazıyam. Oyun qrafikinin sıxlığı bizi çətin vəziyyətdə qoyub. 3 gündə 2 belə səviyyəli komanda ilə oynamaq ağırdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasının hesabat turunun mərkəzi oyununda səfərdə “Bakı”ya uduzan (0:2) 41 yaşlı gürcü mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında mövcud çətinliklərdən söz açıb. Ötən bazar evdə “Xəzər-Lənkəran”la oyunda (1:1) olduğu kimi, son çempionla görüşdə də qələbə üzünə həsrət qalan, nəticədə 5 xal itirən Sxadadze təqvimdən gileylənib: “Ancaq bu amil son məğlubiyyətimizə haqq qazandırmamalıdır. İlk hissədə yaxşı oynadıq və iki real qol imkanımız oldu. Ancaq təəssüf ki, bunun heç birindən yararlana bilmədik. Halbuki qol vursaydıq, hesab başqa cür olardı. “Bakı”nı qazandığı layiq qələbə münasibəti ilə təbrik edirəm. Çatışmazlıqlarımızı gələn oyunlarda aradan qaldırmağa çalışacağıq”.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0