“Qəbələ”dən AFFA Hakimlər Komitəsinə qarşı sərt ittiham
09.12.2009 - 17:46
Bu gün “Qələbə” klubu sərt bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, qəbələlilər hakimlərin Premyer Liqanın oyunlarını ədalətsiz idarə etdiklərini iddia edirlər. Onlar sənəddə konkret misallar da göstəriblər.
“XIII turda "Qarabağ"a qarşı oyundan sonra hakimlərlə yanaşı, AFFA İntizam Komitəsinin də ikili standartlarla fəaliyyət göstərdiyini nümayiş etdirdi. Klubumuzun 12 nömrəli oyunçusu Pavels Dorosevs özünə qarşı edilən kobudluğa kobudluqla cavab verərək iki oyunluq cəzalandırılsa da, nədənsə İK üzvləri başda sədr Tofiq Fətullayev olmaqla, "Qarabağ" klubunun oyunçusunun etdiyi hərəkəti "görmək istəmədilər". Matçın sonuna yaxın "Qarabağ"ın üzvü nümayişkəranə şəkildə hakimlər briqadasının üzvünü söyüşə "qonaq" etsə də, Nizam-İntizam Komitəsi nədənsə bu və bu tip epizodlardan yan keçdi. Halbuki çempionat matçlarına diqqət yetirdikdə, eyni hərəkətlərə fərqli cəzaların kəsildiyini dəfələrlə müşahidə edirik. "Qarabağ"ın futbolçusundan fərqli, 2 tur öncə keçirilən "Standart" - "Qəbələ" matçında komandamızın 24 nömrəli oyunçusu İqor Melnik hakimlər briqadası tərəfindən müəmmalı şəkildə (maraqlıdır ki, protokolda səbəb kimi qeyri-etik ifadə işlətməsi göstərilmişdi) qırmızı vərəqə ilə cəzalandırdı” – deyə bəyanatda vurğulanır.
“Qəbələ” rəhbərliyi hakimlərin şou göstərdiklərini qeyd ediblər: “Hakimlər Komitəsinin bərbad fəaliyyəti nəticəsində hər oyun öncəsi komandamız heyət baxımından çətinliklərlə üzləşir. "Neftçi" ilə matça da komandamız cəza səbəbindən 3 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək və bütün bunların təsadüf olmadığını əminliklə qeyd edirik. "Simurq"la matçda hakimlər briqadasının göstərdiyi "şou" Hakimlər Komitəsinin fəaliyyətinin göstəricisidir. Hakimlər Komitəsi nəyə görə idarə etdiyi hər oyun qalmaqala çevrilən Elçin Məmmədova güvənməkdə davam edir? "Simurq" klubunun açıq-aşkar ofsayddan vurduğu qolun "memarı" Eldar Nağıbəyovun qeyri-obyektivliyinə Hakimlər Komitəsi nə vaxtadək göz yumacaq? Hakimlər Komitəsi Ramiz Əsədovu hər hansı oyuna təyin edərkən referilərin normativləri yerinə yetirməsinin vacibliyini düşünürmü?”
Sonda klub rəsmiləri qarşı tərəfə xəbərdarlıq da ediblər: “Qəbələ" klubu olaraq bildiririk ki, ölkə kubokunda məhz hakim səhvləri nəticəsində çıxışımızı dayandırsaq da, Premyer Liqada ədalətsizliklə üzləşmək istəmirik. Artıq mövqeyimizi açıq şəkildə nümayiş etdirəcəyik! İkili standartlarla fəaliyyət göstərən Hakimlər Komitəsinin komandamıza qarşı hər bir qərəzli qərarlarına sərt şəkildə cavab verəcəyik!”

0
0