Milli komandamızın heyəti açıqlandı
09.12.2009 - 17:55
Futzal üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2010-cu ilin yanvarında Macarıstanda keçiriləcək Avropa çempionatının final mərhələsi üçün geniş siyahıda 20 futzalçı yer alıb.
Bunlar qapıçılar Marat Salyanski, Andrey Tveryankin, Ramin Həsənzadə, sahə oyunçuları Rizvan Fərzəliyev, Ağatahir Əzimov, Vitali Borisov, Felipe Ribeyro Dos Santos, Serjio Luis Lukas, Rodriqez Tyaqo, Elnur Qənbərov, Maşado dos Santos Nilson, Namiq Məmmədkərimov, Natiq Məmmədkərimov, Sergey Çuykov, Rəcəb Fərəczadə, Andre de Kampos, Vital Karneyro Karvalyo, Avqusto Andrade, Vendel De Freytas və Alveş De Souzadır. 11 legioner, 9 yerli oyunçudan ibarət siyahıda hazırda “böyük futbol”la məşğul olan futzalçıya da rast mümkündür. Bu, Sumqayıtın “Standard” klubunun 29 yaşlı yarımmüdafiəçisi Rəcəb Fərəczadədir. Onun Avropa çempionatının final mərhələsinə aparılıb-aparılmayacağı son siyahı açıqlanan zaman dəqiqləşəcək.
Qeyd edək, qitə birinciliyinin həlledici mərhələsi 19-30 yanvar aralığında keçiriləcək.

0
0