E qrupunda “Fiorentina” birinci yerə sahib çıxdı. “Lion”un “Debretsen”i darmadağın etməsi isə sonuncuların İsrail “Makkabi”si kimi, yarışı xalsız bitirməsini rəsmiləşdirdi. F qrupunda hər şeyə aydınlıq gətirməli olan son tur heç nəyi dəyişmədi. Favoritlər - “Barselona” və “İnter” qələbə sayəsində Çempionlar Liqasının 1/8 finalına, “Rubin” isə Avropa Liqasına yollandı.
Turnir cədvəlindəki yeganə yerdəyişmə G qrupunda gerçəkləşdi. İkinci yerin taleyinin həll olunduğu görüşdə “Unirea”nı məğlub edən “Ştutqart” 1/8 finala vəsiqə qazandı. Bir gün öncə digər Almaniya klubu “Bavariya” da eynilə belə qalib gələrək, üçüncü pillədən ikinci yerə qalxmağa nail olub. H qrupunda isə ikinci və üçüncü yerin sahibləri müəyyənləşməli idi. Qrup qalibi adını təmin edən “Arsenal”ın “Olimpiakos” qarşısında büdrəməsi digər matçın yalnız Avropa Liqasına vəsiqə baxımından əhəmiyyət kəsb etməsinə səbəb olub. Bu matçda da belçikalılar çətinliklə məğlubiyyətdən qaçmaqla istəyinə çatıb.
Beləliklə, 1/8 finala “Mançester Yunayted”, “Çelsi”, “Arsenal” (hamısı İngiltərə), “Barselona”, “Real”, “Sevilya” (hamısı İspaniya), “Milan”, “İnter”, “Fiorentina” (hamısı İtaliya), “Bordo”, “Lion” (hər ikisi Fransa), “Bavariya”, “Ştutqart” (hər ikisi Almaniya), “Portu” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan) və MOİK (Rusiya) yüksəlib. Başqa sözlə, pley-offda İngiltərə, İspaniya və İtaliya hərəyə 3, Fransa və Almaniya hərəyə 2, Portuqaliya, Yunanıstan və Rusiya isə hərəyə 1 klubla təmsil olunacaq.
A qrupu
“Yuventus” (İtaliya) – “Bavariya” (Almaniya) - 1:4
Trezeqe, 19 - Butt, 30-pen; Oliç, 52; Qomes, 83; Timoşuk, 90+2
“Makkabi” (Hayfa, İsrail) – “Bordo” (Fransa) - 0:1
Jyussye, 13
1 | Bordo | 6 | 5 | 1 | 0 | 9-2 | 16 |
2 | Bavariya | 6 | 3 | 1 | 2 | 9-5 | 10 |
3 | Yuventus | 6 | 2 | 2 | 2 | 4-7 | 8 |
4 | Makkabi | 6 | 0 | 0 | 6 | 0-8 | 0 |
B qrupu
“Beşiktaş” (Türkiyə) - MOİK (Rusiya) - 1:2
Bobo, 86 – Krasiç, 41; Aldonin, 90+5
“Volfsburq” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:3
Dzeko, 56 - Ouen, 44, 83, 90+1
1 | Mançester Yunayted | 6 | 4 | 1 | 1 | 10-6 | 13 |
2 | MOİK | 6 | 3 | 1 | 2 | 10-10 | 10 |
3 | Volfsburq | 6 | 2 | 1 | 3 | 9-8 | 7 |
4 | Beşiktaş | 6 | 1 | 1 | 4 | 3-86 | 4 |
C qrupu
“Sürix” (İsveçrə) – “Milan” (İtaliya) - 1:1
Qaiç, 29 -Ronaldinyo, 64-pen
“Marsel” (Fransa) – “Real” (İspaniya) - 1:3
Luço Qonsales, 11 – Kriştiano Ronaldo, 5, 83; Albiol, 60
1 | Real | 6 | 4 | 1 | 1 | 15-7 | 13 |
2 | Milan | 6 | 2 | 3 | 1 | 8-7 | 9 |
3 | Marsel | 6 | 2 | 1 | 3 | 10-10 | 7 |
4 | Sürix | 6 | 1 | 1 | 4 | 5-14 | 4 |
D qrupu
“Çelsi” (İngiltərə) - APOEL (Kipr) - 2:2
Essyen, 19; Droqba, 26 - Jevlyakov, 6; Mirosavleviç, 87
“Atletiko” (İspaniya) – “Porto” (Portuqaliya) - 0:3
Bruno Alveş, 2; Falkao, 15; Xalk, 76
1 | Çelsi | 6 | 4 | 2 | 0 | 11-4 | 14 |
2 | Porto | 6 | 4 | 0 | 2 | 8-3 | 12 |
3 | Atletiko | 6 | 0 | 3 | 3 | 3-12 | 3 |
4 | APOEL | 6 | 0 | 3 | 3 | 4-7 | 3 |
E qrupu
“Liverpul” (İngiltərə) – “Fiorentina” (İtaliya) - 1:2
Benayun, 43 - Yorqensen, 63; Cilardino, 90+2
“Lion” (Fransa) – “Debretsen” (Macaeıstan) - 4:0
B. Qomis, 25; Bastos, 44; Pyaniç, 59; A. Sissoko, 77
1 | Fiorentina | 6 | 5 | 0 | 1 | 14-7 | 15 |
2 | Lion | 6 | 4 | 1 | 1 | 12-3 | 13 |
3 | Liverpul | 6 | 2 | 1 | 3 | 5-7 | 7 |
4 | Debretsen | 6 | 0 | 0 | 6 | 5-19 | 0 |
F qrupu
“İnter” (İtaliya) – “Rubin” (Rusiya) - 2:0
Eto`O, 31; Balotelli, 64
“Dinamo” (Ukrayna) – “Barselona” (İspaniya) - 1:2
Milevski, 2 - Xavi, 33; Messi, 86
1 | Barselona | 6 | 3 | 2 | 1 | 7-3 | 11 |
2 | İnter | 6 | 2 | 3 | 1 | 7-6 | 9 |
3 | Rubin | 6 | 1 | 3 | 2 | 4-7 | 6 |
4 | Dinamo | 6 | 1 | 2 | 3 | 7-9 | 5 |
G qrupu
“Ştutqart” (Almaniya) – “Unirea” (Rumıniya) - 3:1
Marika, 5; Treş, 8; Poqrebnyak, 11 - Semedu, 47
“Sevilya” (İspaniya) – “Reyncers” (Şotlandiya) - 1:0
Kanute, 8-pen
1 | Sevilya | 6 | 4 | 1 | 1 | 11-4 | 13 |
2 | Ştutqart | 6 | 2 | 3 | 1 | 9-7 | 9 |
3 | Unirea | 6 | 2 | 2 | 2 | 8-8 | 8 |
4 | Reyncers | 6 | 0 | 2 | 4 | 4-13 | 2 |
H qrupu
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 1:0
Leonardo, 47
“Standard” (Belçika) – “Alkmaar” (Hollandiya) - 1:1
Bolat, 90+5 - Lens, 42
1 | Arsenal | 6 | 4 | 1 | 1 | 12-5 | 13 |
2 | Olimpiakos | 6 | 3 | 1 | 2 | 4-5 | 10 |
3 | Standard | 6 | 1 | 2 | 3 | 7-9 | 5 |
4 | Alkmaar | 6 | 0 | 4 | 2 | 4-8 | 4 |
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!