Ruslan Abışov Rumıniya klubunun hədəfində
10.12.2009 - 10:56
Rumıniyanın “Styaua” klubu Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovla maraqlanır. Apasport.az saytının məlumatına görə, ölkənin ən titullu klubu olan Buxarest təmsilçisi “Neftçi”də oynayan 22 yaşlı mərkəz müdafiəçisini transfer etmək istəyir.
Son vaxtlar xüsusilə yığmamızın heyətində inamlı təsir bağışlayan, ötən ay Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə Çexiya ilə görüşdə (2:0) başla gözəl qol vuran Abışov hələ bir müddət öncə rumınların diqqət mərkəzinə düşüb. Həmin vaxt “Timişoara” onu heyətində görmək istəyirdi. Ruslanın həmin kluba keçidi bu yay gündəmdə olsa da, tərəflər maddi məsələlərdə razılığa gələ bilməmişdilər.
Müdafiəçinin Rumıniyanın ən güclü klubu sayılan “Styaua”ya keçidində komanda yoldaşı Adrian Neaqa vasitəçi ola bilər. Hər halda, rumın yarımmüdafiəçi məhz “Styaua”da çıxışı ilə tanınıb və ötən qış “Neftçi”yə transfer olunub. Yəqin ki, Neaqa həmyerlilərinə Abışovla bağlı öz tövsiyələrini verib.
Qeyd edək ki, cari mövsümdə Avroliqada “Fənərbaxça” klubu ilə eyni qrupda mübarizə aparmış “Styaua”nın ən böyük uğuru 1986-cı ildə Çempionlar Kubokunu və UEFA Superkubokunu qazanmasıdır.

0
0