“Neftçi”dən qovulan baş məşqçinin antirekordu təkrarlandı
10.12.2009 - 11:40
Macarıstanın “Debretsen” klubu UEFA Çempionlar Liqasının antirekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu turnirin qrup mərhələsinin son turunda səfərdə Fransa “Lion”una böyük hesabla uduzan (0:4) debütant keçirdiyi 6 görüşdə 19 qol buraxıb. Xal üzünə həsrət qalması azmış kimi, “Debretsen” turnirin qrup mərhələsinin tarixində ən çox qol buraxan 3-cü komanda olub.
ÇL-də ilk belə antirekorda da Macarıstan çempionu imza atmışdı. 1995-ci ildə “Ferentsvaroş” 19 qol buraxmışdı. 2007-ci ildə isə Kiyevin “Dinamo” klubu bu antirekordu təkrarlayıb. Həmin vaxt komandanın baş məşqçisi bizlərə çox yaxşı tanış olan Anatoli Demyanenko idi. Demyanenko iki il öncə “Dinamo” ilə ÇL-nin qrup mərhələsində darmadağın olunduğu zaman vəzifəsindən kənarlaşdırılmışdı. Bundan az sonra “Neftçi”nin təklifini qəbul edən 50 yaşlı ukraynalı mütəxəssis komandanın sükanı arxasına keçmışdi. Ancaq flaqmanda da fəaliyyəti uğursuz olan Demyanenko cəmi 9 aydan baş məşqçi işlədi. O, həmin vaxtdan bəri, yəni artıq 15 aydır işsizdir.
Qeyd edək ki, “Debretsen” ÇL-nin qrup mərhələsinə “Bakı”nı mübarizədən kənarlaşdıran Bolqarıstanın “Levski” klubunu üstələyərək, vəsiqə qazanıb.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0