Kim daha çox qazanır: Berti Foqts, yoxsa Dieqo Maradona?
10.12.2009 - 13:28
2010-cu il dünya çempionatının (DÇ) final mərhələsində oynayacaq milli komandaların baş məşqçilərinin məvacibləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, 32 çalışdırıcının yer aldığı reytinq cədvəlinin birinci pilləsində italyan mütəxəssis Fabio Kapello durur. Onun illik məvacibi 8,8 milyon avroya bəravərdir. Kapellonun ən yaxın izləyici həmyerlisi Marçello Lippidir. İtaliya yığmasının çalışdırıcısı ondan təxminən 3 dəfə az - 3 milyon avro qazanır. İlk “üçlüy”ü isə Azərbaycan milli komandasının da yer aldığı 4-cü qrupun qalibi qismində Cənubi Afrika Respublikasına vəsiqə qazanmış Almaniya yığmasının baş məşqçisi Yoahim Löv qapayır. Bu ilin avqustunda ölkəmizə rəsmi oyuna (2:0) gələn 48 yaşlı alman mütəxəssisin məvacibi 2,5 milyon avrodur. Lövdən iki ay əvvəl Bakıda yoldaşlıq görüşü (6:0) keçirən İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske isə 1,5 milyon avro qazanır.
Braziliya və Argentina milli komandaları həmişəki kimi, dünya çempionatının əsas favoritlərindən olsalar da, baş məşqçilərinin qazancı heç ilk “onluğ”a da düşmür. Karlos Dunqa və Dieqo Maradona hərəyə 800 min avro qazanırlar. Onlar müvafiq olaraq, 11-ci və 12-ci sıralarda qərarlaşıblar.
Siyahının son pilləsində Nigeriya milli komandasının baş məşqçisi Şaibu Amodu qalıb. Onun maaşı cəmi 125 min avrodur. Bu, nəinki milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun, hətta ölkəmizdə çıxış edən bır sıra futbolçuların qazancından da xeyli azdır. Maraqlıdır ki, Foqts yığmamızın sükanı arxasına keçməmişdən öncə məhz Nigeriya komandasını çalışdırıb. Yəni, Amodu onun xələflərindən sayılır.
Maraq üçün qeyd edək ki, Foqtsun illik qazancı təxminən 1,2 milyon avrodur. Xatırladaq ki, bu, qeyri-rəsmi məlumatdır.

0
0