“İnter” 605-də dayandı
10.12.2009 - 13:42
Unibank Premyer Liqasının XIV turu Bakının “İnter” klubunun seriyasının qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Bakı”ya 0:2 hesabı ilə uduzan “bankirlər” son 20 ayda ilk dəfə çempionat oyununda iki və ya daha çox top fərqi ilə məğlub olub. Belə ki, həm ötən mövsüm, həm də cari birincilikdə “İnter” ən pis halda, minimal fərqlə uduzurdu.
Bakılıları çempionatda sonuncu dəfə daha böyük fərqlə “Xəzər-Lənkəran” üstələmişdi. “İnter”in çempion olduğu 2007/08 mövsümündə Valentin Xodukinin yetirmələrini Ağasəlim Mircavadovun komandası 3:1 hesabı ilə məyus etmişdi. Bu, 2008-ci il aprelin 13-də baş verib.
O zamandan bəri 605 gün ərzində komanda ölkə çempionatında cəmi 3 dəfə məğlubiyyətlə üzləşib. 2007/08 mövsümünün son oyunlarında uduzmayan komanda növbəti, vitse-çempionluğun qazanıldığı çempionatda yalnız 1 dəfə uduzub. Həmin vaxt da “Bakı” sevinib (1:0). Cari mövsüm isə “Xəzər-Lənkəran”a 0:1, “Neftçi”yə isə 1:2 uduzan “İnter” hər dəfə minimal fərqlə məğlub olurdu. Komandanın 605 günlük bu seriyasını son ölkə çempionu “Bakı” qırdı.

0
0