PFL “Turan” - “Neftçi” oyunu ilə bağlı rəsmi qərar verdi
10.12.2009 - 13:58
Unibank Premyer Liqasının XIII turunun "Turan" – "Neftçi" oyununu araşdırmaq məqsədi ilə yaradılan komissiya bu gün öz qərarını açıqlayıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Ramin Musayevin əmri ilə təşkil olunmuş komissiya Tovuzdakı görüşlər bağlı araşdırmasının nəticəsində danışılmış oyun olmasını təsdiqləməyib: "Tərəfimizdən Unibank Premyer Liqasının XIII turunda keçirilmiş "Turan" – "Neftçi" oyununun videoyazısına baxılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, oyun normal idman mübarizəsi şəraitində keçmişdir. Bu oyunla bağlı bəzi KİV-də gedən məlumatlar həqiqəti əks etdirmir və heç bir fakta əsaslanmır."
Qeyd edək ki, “Turan” – “Neftçi” görüşün danışılmış oyun olduğu, nəticənin əvvəldən razılaşdırılmasını saytımız xəbər verib. İlk hissədən sonra hesabda 0:2 geridə olan qonaqlar fasilədən sonra üç qol vuraraq, qələbə qazanıb.
Qeyd edək ki, “Turan” – “Neftçi” görüşün danışılmış oyun olduğu, nəticənin əvvəldən razılaşdırılmasını saytımız xəbər verib. İlk hissədən sonra hesabda 0:2 geridə olan qonaqlar fasilədən sonra üç qol vuraraq, qələbə qazanıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0