Azərbaycan çempionu = UEFA kubokunun qalibi
11.12.2009 - 13:08
“Oyunçu kimi çox titul qazanmışam. Bununla belə, “Benfika”nın baş məşqçi postunda UEFA kubokunu əldə etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın “Benfika” futzal klubunun baş məşqçisi Andre Lima deyib.
Lima vətənində verdiyi müsahibədə UEFA kubokunun “Dördlər finalı” haqda fikirlərini açıqlayıb. Naxçıvanın “Araz” klubunun da oynayacağı yarışda iddialı olan portuqaliyalıların çalışdırıcısı uzun illər şərəfini qoruduğu komandada növbəti titulun həsrətindədir: “Elit raundda biz “Viz-Sinara” kimi rəqibi arxada qoyduq. Rusiyalılar ötən mövsümün finalçısı, ondan əvvəlki yarışın qalibi olub. Belə rəqibi mübarizədən kənarlaşdırandan sonra niyə də kubok qazanmaq haqda düşünməyək? Heyətimiz buna qadirdir. Portuqaliya futzalı UEFA kubokunu qazanmaq üçün yetişib. Axı bu futzalçılarımızın ən yaxşı nəslidir”.
Baş məşqçi qrupdakı rəqiblər haqda da danışıb: “İtaliyanın “Luparense” yerli və braziliyalı oyunçulardan təşkil olunub. İspaniya “İnterviu”su yarışın son qalibidir. Azərbaycan “Araz”ı isə çox yüksək keyfiyyətlərə malik braziliyalılara güvənir. Amma bizim üçün bu rəqiblərin fərqi yoxdur. Kuboku qazanmaq istəyən üçün yarımfinal və finalda kiminlə qarşılaşmaq əhəmiyyət kəsb etməməlidir. Biz hər iki oyunu udmalıyıq”.
Qeyd edək ki, “Dördlər finalı” gələn il aprelin 23-25-də keçiriləcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0