Çempion “Simurq”u ovladı, “Neftçi” “altılıq”dan çıxdı
13.12.2009 - 19:55
Çempion “Simurq”u ovladı, “Neftçi” “altılıq”dan çıxdı
Unibank Premyer Liqasının XV turu qonaqlar üçün uğurlu keçdi. Apasport.az saytının məlumatına görə, meydan sahibləri altı oyunun yalnız birində qalib gələ bildi. Onların imicini “Qəbələ” qorudu ki, son pillənin sahibi “Karvan” üzərində qələbə yalnız minimal hesablı oldu. Hər halda, qəbələlilər bu qələbə ilə həm rəqibindən ilk dövrədəki böyük hesablı məğlubiyyətin əvəzini çıxdı, həm də “altılıq”dakı yerini qaytardı.

Digər beş görüşün dördündə uduzan meydan sahibləri yalnız birində heç-heçə etdi. Əslində, Salyandakı görüşdə “Muğan” qələbəyə çox yaxın olsa da, “Neftçi” azlıqda qalan rəqibin qapısına oyunun sonuna yaxın yol tapmaqla, məğlubiyyətdən xilas ola bildi. Hər halda, növbəti vacib xal itkisinə məruz qalan “ağ-qaralar” 7-ci pilləyə düşərək, “altılıq”dan kənarda qaldı. Bu, cari mövsüm üçün flaqmanın ən uğursuz nəticəsidir.

Səfərdə qələbə “Qarabağ”, “İnter” və “Xəzər-Lənkəran” turnir cədvəlində ilk “üçlük”də mövqelərini qorudular. “Simurq”dan ilk dövrədəki məğlubiyyətin əvəzini eyni hesabla çıxan “Bakı” turnir cədvəlində daha iki pillə irəliləyərək, 4-cü yerə yüksəldi. Bu da son çempionun cari mövsümdə hələ ki ən yüksək göstəricisidir. Əslində, “Bakı”nın “Simurq” və “Qəbələ” ilə xalları eyni olsa da, rəqiblərini şəxsi oyunlarda üstələdiyi üçün öndədir.

13 dekabr

”Turan” - “Xəzər-Lənkəran” - 1:2
QOLLAR: Ruslan Abbasov, 62 - Juninyo Osvaldo, 53; İvan Svetkov, 64
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun - 1:1

”Muğan” - “Neftçi” - 2:2
QOLLAR: Edil Adiloviç, 39; Əkrəm Hodziç, 66 - Adrian Neaqa, 16 (pen); Marian Aliuta, 83
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun - 2:0
72-ci dəqiqədə meydan sahibləri 10 nəfərlə qalır. Tagim Novruzov qırmızı vərəqə (ikinci sarı) alaraq meydandan qovulub.

”Qəbələ” - “Karvan” - 1:0
QOL: Razvan Tarlea, 31
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun - 1:4

”Standard” - “Qarabağ” - 0:1
QOL: Əfran İsmayılov, 55
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun - 0:1

”Olimpik-Şüvəlan” - “İnter” - 0:1
QOL: Girt Karlsons, 47
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun - 2:2

”Simurq” - “Bakı” - 1:2
QOLLAR:Ruslan Qunçak, 44 (pen) - Luis Fabio Ramim, 5; Aleksandr Soliç, 65
Zaqatala. “Simurq” stadionu
İlk dövrədəki oyun - 2:1
5. Qol. "Bakı" hesabı açdı. Fabio Luis Ramim müdafiəçilərdən dönən topu qüvvətli zərbə ilə qapıdan keçirdi - 0:1
45. "Bakı"nın qapısına penalti. Qunçakın zərbəsi dəqiq olur - 1:1.
65. Qol. Şoliç sol cinahdan cərimə meydançasına daxil olub topu qapıdan keçirdi - 1:2.

Bu, 8 aylıq fasilədən sonra “Simurq”un Zaqatalada ilk məğlubiyyəti olur.

 

komandalar

O

Q

H

M

T

X

1

"Qarabağ"

15

10

3

2

16-8

33

2

"İnter"

15

9

3

3

26-15

30

3

"Xəzər-Lənkəran"

15

8

5

2

21-9

29

4

"Bakı"

15

8

2

5

16-14

26

5

"Simurq"

15

7

5

3

18-13

26

6

"Qəbələ"

15

7

5

3

19-16

26

7

"Neftçi"

15

7

4

4

16-12

24

8

"Olimpik-Şüvəlan"

15

4

4

7

16-18

16

9

"Muğan"

15

3

4

8

10-21

13

10

"Turan"

15

3

3

9

18-23

12

11

"Standard"

15

1

3

11

13-26

6

12

"Karvan"

15

1

3

11

10-26

6


Bombardir: Anatoli Doroş ("Olimpik-Şüvəlan") – 7