“Azərbaycan yığmasına “yeni qan” gətirmək istəyirəm” - MÜSAHİBƏ
11.12.2009 - 13:45
21 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert AFFA-nın saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, almaniyalı mütəxəssis rəhbərlik etdiyi yığmaların hazırlıqları, planlar, həmçinin seleksiya işləri ilə bağlı fikirlərini açıqlayıb. Lippert gələn ilə təsadüf edəcək seçmə oyunların püşkatması il bağlı fikirlərini də açıqlayıb.
- U-19 son təlim-məşq toplanışını Dubayda keçirdi. Hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Heç bir problem olmadı. Komandanın normal hazırlıq keçməsi üçün hər cür şərait yaradılmışdı. Son Avropa çempionatının qrup mərhələsində meydana çıxmayan futbolçular özlərini göstərmək üçün şans qazanmışdılar. Yeganə narazı qala biləcəyim məqam yoldaşlıq oyunlarının az olması ilə bağlı idi.
- Hazırlığa tam heyətlə yollana bilməməyiniz əvvəlcədən gözlənilirdimi?
- Özümüz belə planlaşdırmışdıq. Məqsədimiz əsas heyətdə özlərinə yer tapa bilməyən uşaqları daha yaxından tanımaq, yeni simaları üzə çıxarmaq idi.
- U-17-dən Abdulla Abatsiyev U-19-a cəlb edildi. Yarımmüdafiəçi ümidləri doğrulda bildimi?
- Ümumi götürdükdə, futbolçu özünü yaxşı tərəfdən göstərdi. Düzdür, fiziki planda çatdırmadığı sezilirdi. Ancaq o, bunu iradəsi və əzmkarlığı hesabına sığortalamağa çalışırdı. Abdulla komanda yoldaşları ilə başabaş mübarizə aparmaq üçün bütün imkanlarından istifadə etdi.
- Yoldaşlıq oyunu haqqında nə deyə bilərsiniz?
- Oyun yüksək səviyyədə keçdi. “Əl Ayn” klubunun 19 yaşlılardan ibarət komandası Birləşmiş Ərəb Əmirliklərinin ən güclülərindəndir. Birinci hissədə əla mübarizə apardıq. Bu, nəticədə də öz əksini tapdı. İkinci hissədə futbolçularımız psixoloji cəhətdən yoruldular. Bundan istifadə edən rəqib qapımızdan 2 top keçirməyə nail oldu.
- U-19 üçün yeni ildə ilk ciddi sınaq Valentin Qranatkinin xatirəsinə təşkil ediləcək ənənəvi beynəlxalq turnir olacaq. Bu yarışa komanda necə hazırlaşacaq?
- Dekabrın 28-dən yanvarın 2-dək Bakıda təlim-məşq toplanışı keçirəcəyik. Hazırlığa 24 futbolçu dəvət etməyi planlaşdırmışıq. Sankt-Peterburqa 18 oyunçu ilə yollanacağıq.
- Yoldaşlıq oyunu keçirməyi planlaşdırmısınızmı?
- İlin sonu olduğundan bu cür oyun keçirmək bir qədər çətindir. Amma çalışacağıq ki, uşaqları sınamaq üçün, heç olmasa, bir oyun təşkil edək.
- U-17 cari Avropa çempionatında mübarizəni dayandırdığından, Qranatkinin xatirəsinə təşkil ediləcək yarışa bu komandadan oyunçular dəvət edəcəksinizmi?
- Bəli, belə bir planımız var. Bakıdakı toplanışa U-17-dən 6 futbolçu dəvət edəcəyik. Fikrimcə, onlardan bir neçəsi U-19-da oynamaq gücündədirlər.
- Ümumiyyətlə, U-19-un heyətində çox dəyişiklik ediləcəkmi?
- Sözsüz ki, heyətdə dəyişiklik olacaq. Avropa çempionatının ilkin qrup mərhələsinin oyunları zamanı 1991-ci və 1992-ci il təvəllüdlü uşaqların xidmətindən istifadə etmişdik. Amma turnirdə 1992-ci il və daha gənc oyunçuların iştirakına icazə verilir. Yəni 1991-ci il təvəllüdlülər kənarda qalacaqlar. Buna görə də dəyişiklik labüddür. Qaldı ki heyətə kimlər düşəcək, bunu məşq prosesi göstərəcək.
- Cari mövsümdə mübarizəni davam etdirən U-19-un elit-raunddakı rəqibləri müəyyənləşib. Yığmamızın yer aldığı qrup barədə nə deyə bilərsiniz?
- Ən çətin qrupa düşmüşük. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Ümumiyyətlə, elit-raundda asan rəqib yoxdur. Çünki bu mərhələyə güclülər vəsiqə qazanır.
- İlkin seçmə mərhələdə də Azərbaycan qrupun aşkar autsayderi hesab edilirdi. Amma yeniyetmə futbolçularımız elit-raunda vəsiqə qazana bildi. Bunun davamını gözləmək olarmı?
- Həqiqətən də, birinci mərhələdəki rəqiblərimiz güclü komandalar idi. Ancaq İspaniya və Türkiyə onlarla müqayisə olunacaq səviyyədə deyil. Bu komandalarla İsrail, Polşa arasında çox böyük fərq var. Onlar Avropanın ən güclüləridir. Lakin biz də təslim olmaq niyyətində deyilik. Rəqiblərə gücümüzü göstəməyə çalışacağıq.
- Yeri gəlmişkən, elit-raunddakı rəqiblərimizdən Türkiyə ilə həm də Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə də qarşılaşacağıq…
- Əlbəttə, bu, heç də yaxşı hal deyil. Amma bu vəziyyət bizimlə yanaşı, Türkiyə üçün də mənfi haldır. Bununla belə, yarışların başlamasına az vaxt qalıb və bu məqamda turnirdən imtina edə bilmərik. Rəqibin bizi yaxşı tanınmasının qarşısını almaq üçün Sant-Peterburqa zəif heyətlə də yollana bilmərik.
- 2011-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Həm U-19-un, həm də U-17-nin yer aldığı qrup barədə nə deyə bilərsiniz?
- U-19-un çox çətin qrupa düşdüyünü vurğulamalıyam. Amma Şimali İrlandiya və Çernoqoriya ilə bir qrupda yer alan U-17 sözün yaxşı mənasında nə isə edə bilər. U-19-un işi çox çətindir. Bir qədər asan rəqiblərlə düşə bilərdik.
- Ötən ay Almaniyaya göndərilən futbolçular artıq geri dönüblər. Onlarla görüşmüsünüzmü və məşqçilərin futbolçularımızla bağlı təəssüratları necədir?
- Həm “Bavariya”nın, həm də “Hoffenheym” klubunun məşqçiləri mənə raport göndəriblər. Əlbəttə, təəssüratları müsbətdir. Demirəm ki, bizim futbolçular bu dəqiqə Avropanın aparıcı klublarında oynayacaq səviyyədədir. Sadəcə, öz xarakterləri, davranışları, iradələri, əzmkarlıqları ilə müsbət fikir formalaşdırıblar.
- U-21-lə bağlı planlarınız necədir?
- Köklü dəyişikliklər etməyi düşünürəm. Komandaya “yeni qan”gətirmək istəyirəm. Yanvarın 16-dan 25-dək Türkiyədə təlim-məşq toplanışı təşkil edəcəyik. 22 futbolçunun iştirak edəcəyi hazırlıq zamanı kimlərin komandada qalacağını müəyyənləşdirəcəyik. Gedənlərin yerini isə U-19-un oyunçuları ilə dolduracağıq.
- Artıq ilin son ayını yaşayırıq. Başa çatmaqda olan 2009-cu ili necə dəyərləndirirsiniz?
- Ümumi götürdükdə, ili müsbət dəyərləndirmək olar. İnkişafın olduğunu qeyd edə bilərəm.
U-15 yığmamız “Fənərbaxça” kimi klubun bazasında peşəkar məşqçilərin rəhbərliyi altında məşq prosesi keçdilər. Onların gələn il Almaniyaya göndərilməsi istisna deyil.
U-17 elit-raunda vəsiqə qazana bilməsə də, bu komandanın heyətində potensiallı, xüsusilə də hücuma meyilli futbolçular var. Azərbaycanda bu sahədə çatışmazlıqların olduğunu nəzərə alsaq, qeyd etdiyim məqamı müsbət hal kimi dəyərləndirmək olar.
U-19 isə vəzifəsinin öhdəsindən gəlib. Çox çətin qrupda yer almasına baxmayaraq, Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. Ümumiyyətlə, U-19 aşağı yaşlı yığmalar arasında ən güclüsüdür. Heyətdə istedadlı oyunçular var. Fikrimcə, 2-4 ildən sonra onlar əsas yığmanın formasını geyinəcəklər.
U-21-in qazandığı nəticələrə diqqət yetirsək, bu, sadəcə, məyusedicidir. Amma bu komandanın əsas məqsədi milliyə futbolçu hazırlamaqdır. Bu baxımdan yanaşsaq, məncə irəliləyiş var. Artıq 7 futbolçu bu gün əsas yığmanın formasını geyinir. Əlbəttə, onların gedişi komandanın gücünü də zəiflədib. Qalan oyunçuların əksəriyyəti öz klublarında əsas heyətdə oynamırlar. Üstəlik, onlar U-21-də tam güclərindən istifadə etmirlər. Bunun qarşısını almaq üçün rəqabəti artıracağıq.
Ötən il Azərbaycanda futbol oynayan 50 komanda var idisə, indi bu rəqəm 300-ə qədər artırılıb. Məktəblərdə uşaqların futbol oynaması üçün işlər görülür. Yəni əsas olan odur ki, kəmiyyət artıb. Bu da seçim imkanlarını genişləndirir.

0
0