“Styaua”dan Ruslan Abışov üçün 200 min avro
11.12.2009 - 15:18
Buxarestin “Styaua” klubu Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun transfer qiymətini 200 min avro qiymətləndirir. Apasport.az saytının məlumatına görə, Rumıniyanın ən titullu komandası 22 yaşlı mərkəz müdafiəçisinin çıxış etdiyi “Neftçi”yə təxminən bu qədər məbləğ ödəməyə hazırdır.
“Styaua” Ruslana ayda 10 min avro məvacib fikrindədir ki, bunu da futbolçunun indiki qazancından çox saymaq olar. Rumıniya milli komandasının da üzvü olan təcrübəli müdafiəçi Sorin Qioanya ilə vidalaşmağı qərara alan buxarestlilər onu məhz Abışovla əvəzləmək fikrindədir. Perspektivli futbolçularımızdan sayılan Ruslan son vaxtlar xüsusilə milli komandamızda göstərdiyi inamlı oyunla diqqət mərkəzinə düşüb. “Styaua”nın Mihay Stoykitsenin rəhbərlik etdiyi məşqçilər korpusu Abışovun çıxışını diqqətlə üzləyir.
Qeyd edək ki, Rumıniyanın digər təmsilçisi “Timişoara” klubu bu yay Ruslanı transfer etmək istəsə də, tərəflər maddi məsələlərdə razılığa gəlmədiyi üçün keçid baş tutmayıb. Gənc futbolçusunu satmaq “Neftçi”nin hələ ki planlarına daxil deyil.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0