Milli komandamızın futbolçusunun üz sümüyü sınıb
11.12.2009 - 15:24
“Bakı” Unibank Premyer Liqasının XV turunda Zaqatalada yerli “Simurq”la oyuna ciddi itkilərlə çıxacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, milli komandamızın da üzvü olan müdafiəçi Saşa Yunisoğlu ilə xorvat yarımmüdafiəçi Ernad Skuliç səfər görüşündə iştirak etməyəcək.
Belə ki, Skuliç sarı vərəqə limitini doldurduğu üçün cəzalı vəziyyətdədir. Yunisoğlunun isə üz sümüyünün sındığı aşkarlanıb. “İnter”lə oyunu cəza səbəbindən buraxan moldovalı müdafiəçi Aleksey Savinov isə indi başqa problemlə üzləşib. Son məşqdə əzələsini dartan Savinovun Zaqatalada meydana çıxıb-çıxmayacağı oyun saatında bəlli olacaq.
Qeyd edək ki, iqlimə daha yaxşı uyğunlaşmaq məqsədilə bu gün Zaqatalaya yollanan “Bakı” “Qafqaz” mehmanxanasında məskunlaşacaq. Komandanın son məşqinin sabah oyun keçiriləcək Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsi nəzərdə tutulub.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0