“Lənkəranda mənə gündə bir ad qoyurlar”
11.12.2009 - 15:30
“Xəzər-Lənkəran” klubunun hücumçusu Allan Lalin Honduras mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIV turunda “Olimpik-Şüvəlan”ın qapısına qol vuran legioner qarşılaşmanın ardından həmkarlarımızın suallarını cavablandırıb.
- Azərbaycanda vurduğun qolların sayını artıq 6-ya çatdırdın...
- Bu, Allahın işidir. Tanrım məni bu cür mükafatlandırır və klubumdakı çıxışımdan həzz alıram.
- “Xəzər-Lənkəran”a yayda keçsən də, qısa zamanda aparıcı oyunçulardan birinə çevrildin. Komandaya tez uyğunlaşmağının sirri nədədir?
- Uyğunlaşma prosesi çətin olmadı. Avstriyadakı təlim-məşq toplanışının yalnız ilk günləri çətinliklə üzləşdim. Düzdür, burada başqa dildə danışırlar. Lakin mənim tərcüməçim var ki, onun vasitəsilə yoldaşlarım və məşqçilərlə ünsiyyət qururam. Lənkəranda hər həftə adımı dəyişirəm. Burada məni sevirlər və ona görə də gah Eto’O, gah da Anri kimi çağırırlar. Onlara oxşadığımdan belə deyirlər. İndi də mənə yeni ad qoyublar – Lalasinyo. Bilirsiniz, bütün bunlar adamın ağlını başından çıxarır. Honduras milli komandası dünya çempionatının final mərhələsinə çıxanda hamı yaxınlaşıb məni təbrik edir, yığmamızı dəstəkləyəcəklərini bildirirlər.
- “Xəzər-Lənkəran”da vurduğun hansı qolu digərlərindən fərqləndirə bilərsən?
- Bütün qollarım mənə qiymətlidir. Lakin “Simurq”la görüşdəkinin yeri ayrıdır. Çünki həmin matçda atam da stadionda idi. Baş məşqçi də belə oynamağıma sevinir. Amma hər ikimiz bilirik ki, daha artığını edə bilərəm.

0
0