“Xəzər-Lənkəran” Göyəzənin ətəyində
11.12.2009 - 16:25
“Xəzər-Lənkəran” Göyəzənin ətəyində
“Xəzər-Lənkəran” bu gün Qazaxa yollanıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Göyəzən dağının ətəyində yerləşən Olimpiya İdman Kompleksində məskunlaşacaq. Unibank Premyer Liqasının XV turunda birigün “Turan”ın qonağı olacaq lənkəranlılar əvvəllər olduğu kimi Tovuzda yox, qonşu Qazaxda qərarlaşacaq. Lənkərandakı hazırlığı bu gün səhər saatlarında başa vuran “Xəzər-Lənkəran”ın üzvləri nahar etdikdən sonra səfərə çıxıb. Ancaq onlar Qazaxda yer alsalar da, son məşqi sabah Tovuzda keçirəcəklər. Lənkəranlılar oyun keçiriləcək şəhər stadionunda saat 12:15-də məşqə çıxacaq.

“Xəzər-Lənkəran” “Olimpik-Şüvəlan”la ev oyunundan (2:1) sonra növbəti görüşə vaxtının azlığı ilə əlaqədar futbolçularına istirahət verməyib. Ancaq növbəti iki tur arasında gün fərqinin çox olduğunu nəzərə alan cənub klubu “Turan” görüşdən dərhal sonra futbolçularını iki günlük istirahətə buraxacaq.

Qeyd edək ki, “Turan” – “Xəzər-Lənkəran” oyunu saat 14:00-da başlayacaq.