Azərbaycan yığması Azərbaycanı məğlub etdi
11.12.2009 - 17:07
Azərbaycan yığması Azərbaycanı məğlub etdi
Bu gün Azərbaycanın 21 və 19 yaşlılardan ibarət yığma komandaları arasında yoxlama oyunu keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına məlumatına görə, alman mütəxəssis Bernard Lippertin baş məşqçisi olduğu hər iki yığma arasında Zabrat qəsəbə stadionunda keçirilən görüşdə balacalar qalib gəlib – 2:0.

Lippert bu sınaq matçına futbolçuların seçim prosesi kimi baxırdı. Rəqibindən üstün nümayiş etdirən U-19-nun qələbə topunun müəllifləri “Neftçi”nin yarımmüdafiəçiləri Araz Abdullayevlə Amit Quluzadə olub. Berti Foqtsun milli komandamızda cəlb etdiyi 17 yaşlı Araz U-21-nin heyətində də rəsmi oyuna çıxıb.

Qeyd edək ki, artıq 8 ildir rəsmi qələbə üzünə həsrət qalan Azərbaycanın U-21-i öz uğursuz çıxışı ilə yadda qalır. Göründüyü kimi, onlar hətta yoxlama oyunda özündən yaşca kiçik futbolçuların da öhdəsindən gələ bilmirlər.