“Xəzər-Lənkəran”ın futbolçusu üçün il başa çatdı
11.12.2009 - 17:58
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Nizami Hacıyev bu il çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, olimpiya yığmamızın da üzvü olan 21 yaşlı futbolçu komanda yoldaşları Ruslan Poladov və braziliyalı Dieqo Qusmao kimi zədə üzündən Yeni il bayramından tez yaşıl meydana dönə bilməyəcək. Dekabrın 6-da “İnter”lə oyunda sonradan meydana çıxan Nizami xəsarət aldığından əvəzlənməli olub. Müayinə onun zədəsinin ciddi olduğunu göstərib. Hacıyevin sol böyür əzələsində yırtıq olduğundan, təxminən iki həftə istirahət etməli, yaşıl meydana qayıdışı üçün gələn ili gözləməlidir.
“Olimpik-Şüvəlan”la dünənki oyunun artıq 19-cu dəqiqəsində əvəzlənən braziliyalı müdafiəçi Denis Silvanın isə zədəsi ciddi deyil. Görüşdən sonra rentgen müayinəsindən keçən legioner futbolçunun sağ ayağında heç bir sınıq və ya çat aşkarlanmayıb. “Xəzər-Lənkəran”ın təcrübəli həkimi Boris Xetaqurov bildirib ki, Silva ehtiyac olacağı təqdirdə, bazar günü “Turan”la səfərdə keçiriləcək görüşündə meydana çıxa bilər.

0
0