“Bakı”nın maraqlandığı bolqar futbolçu kimdir?
11.12.2009 - 21:32
İkiqat Azərbaycan çempionu “Bakı” Bolqarıstanın “Levski” klubunun futbolçusu Georgi Xristova elçi düşüb. Lent.az-ın məlumatına görə, bu haqda Bolqarıstanın “Meridian matç” qəzeti xəbər yayıb.
Xəbərdə bildirilir ki, “Bakı” rəhbərliyi 24 yaşlı hücumçunu heyətinə qatmaq istəyib. Lakin Xristov təklifdən imtina edib. Bolqarıstanlı forvard o qədər də məşhur və Avropada böyük iddiaları olmayan klubda çıxış etmək istəmədiyini açıqlayıb. “Levski” rəsmiləri isə daha güclü klublardan təklif gözlədiklərini bildiriblər.
Qeyd edək ki, Georgi Xristov 2009-2010-cu il mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Levski”nin “Bakı” ilə keçirdiyi hər iki oyunun iştirakçısı olub. Bakıdakı matç 0:0 hesabı ilə nəticələnib. Cavab görüşündə “Levski” qalib gəlib - 2:0. Qollardan birini məhz Xristov vurub.

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0