Dünya çempionatında daha bir yarımfinalçı
12.12.2009 - 11:25
Klublararası dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışda Asiya və Afrikanın ən güclü komandaları üz-üzə gəliblər. Koreyanın “Pohanq Stilers” klubu Kot d’İvuar “Mazembe”si ilə qarşılaşmada qələbəyə sevinib - 2:1. Hərçənd fasiləyə afrikalılar Bedinin qolu sayəsində üstün yollanıblar. İkinci hissədə isə 33 yaşlı braziliyalı Denilson dubla imza ataraq, koreyalıları yarımfinala çıxarıb. Bu mərhələdə “Pohanq Stilers”in rəqibi yarışa yarımfinaldan başlayan Argentinanın “Estudiantes” klubu olacaq.
Qeyd edək ki, digər yarımfinal cütündə İspaniyanın “Barselona” komandası rəqibini gözləyir. Kataloniyalılar bu gün keçiriləcək “Atlante” (Meksika) - “Oklend” (Yeni Zelandiya) görüşünün qalibi ilə oynayacaqlar.
Qeyd edək ki, digər yarımfinal cütündə İspaniyanın “Barselona” komandası rəqibini gözləyir. Kataloniyalılar bu gün keçiriləcək “Atlante” (Meksika) - “Oklend” (Yeni Zelandiya) görüşünün qalibi ilə oynayacaqlar.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0