“Xəzər”dən təklif alsam, qəbul edəcəyəm”
12.12.2009 - 11:56
“Ən böyük arzum ölkə xaricində oynamaq, legioner həyatı yaşamaqdır. Hər halda, Honduras milli komandasında və “Deportivo Marafon”dakı oyunumla buna layiq olduğumu göstərmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Honduras yığmasının müdafiəçisi Mauritsio Sabillon deyib.
Hazırda ailəsi ilə birgə ABŞ-ın məşhur kurort şəhəri olan Mayamidə istirahət edən 31 yaşlı futbolçu xaricdən təkliflər gözlədiyini açıqlayıb. O, adının “Xəzər-Lənkəran” maraq dairəsində olduğunu dolayısı ilə təsdiqləyib: “Hondurası tərk etməyə hazıram. Lakin hara gedəcəyimi hələ bilmirəm. Deyirlər ki, Azərbaycan və Meksika klubları mənimlə maraqlanır. Amma mənə rəsmi təklif gəlməyib. Təklif alsam, qəbul edəcəyəm ki, özümü tam göstərə bilim”.
Qeyd edək ki, Honduras yığmasında Sabillonla çiyin-çiyinə oynamış Allan Lalin cari mövsümdən “Xəzər-Lənkəran”ın şərəfin qoruyur. Lənkəranlılar Sabillondan başqa, Honduras yığmasının digər üzvü Erik Moraleslə də maraqlanırlar.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0