“Qalatasaray”dan növbəti qələbə
12.12.2009 - 12:30
Türkiyə Superliqasında XVI tur start götürüb. Apasport.az saytının məlumatına görə, ilk oyunda “Qalatasaray” səfərdə “Antalyaspor”la qarşılaşıb. “Cim Bom”dan qalmaqalla ayrılmış hücumçu Necati Atəşin də şərəfini qoruduğu Antalya komandası görüşə fəal başlayıb. Bunun məntiqi nəticəsi kimi, meydan sahibləri ilk 21 dəqiqədə rəqib qapısına 2 dəfə yol tapıblar.
Lakin “sarı-qırmızıllar” oyunun gedişində toparlana biliblər. Abdulkader Keyta 30-cu dəqiqədə fərqi minimuma endirib. Fasilədən sonra isə Elano (64-cü dəq.) və Harri Kyuell (67-ci dəq.) fərqlənib. Nəticədə “Qalatasaray” çətin oyundan 3:2 hesablı qələbə ilə ayrılıb və 33 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0