“Birlik kuboku”nda “Neftçi”nin sabiq baş məşqçisi yad olunacaq
12.12.2009 - 12:44
Gələn ilin yanvarında keçirilməsi planlaşdırılan “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nun finalı əvvəlkilərdən fərqli olacaq. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçısı olan Rusiya Futbol İttifaqı həlledici qarşılaşmadan əvvəl meydanı veteranların sərəncamına verəcək.
“Olimpiyski” idman manejində keçiriləcək finaldan əvvəl Rusiya veteranlar yığması növbəti matçını keçirəcək. Bu matç rus və sovet futbolunun əfsanəsi İqor Nettonun 80 illiyinə həsr olunacaq. 1956-cı ilin olimpiya, 1960-cı ilin Avropa çempionunun xatirəsinə həsr olunan görüşdəki rəqib böyük ehtimalla Fransa veteranlar yığması olmalıdır. Bu komanda ilə qarşılaşmaq haqda prinsipial razılıq əldə olunub.
Qeyd edək ki, 10 il əvvəl dünyasını dəyişən Netto futbolçu karyerası boyu Moskvanın “Spartak” klubuna sadiq olub. Baş məşqçi kimi SSRİ ilə yanaşı, Kipr və Yunanıstan klublarında, həmçinin İran yığmasında çalışan mütəxəssisin son klubu “Neftçi” olub. 1979-cu ilin yanvarından iyununadək Bakı təmsilçisini çalışdıran Netto Azərbaycanı tərk edəndən sonra məşqçilik fəaliyyətini davam etdirsə də baş məşqçi olmayıb.

0
0