Hakimlər Komitəsinin sədrindən növbəti məxfi cəza
12.12.2009 - 13:06
AFFA daha bir hakimi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XII turunda keçirilən “Simurq” - “Qəbələ” matçında (1:1) kobud səhvə yol verən Elçin Məmmədov bir müddət fit çalmayacaq.
Həmin matçda “Simurq”un ofsayddan vurduğu qolu qeydə alan və “Qəbələ” rəhbərliyinin kəskin tənqidinə məruz qalan referi artıq 3 turdur yaşıl meydanlardan kənarda qalır. Bu isə onun Hakimlər Komitəsi (HK) tərəfindən cəzalanması deməkdir. Lakin Xaqani Məmmədovun HK rəhbəri vəzifəsinə gəldiyi gündən olduğu kimi, bu dəfə də hakimin cəzalanıb-cəzalanmaması gizli saxlanılır. Məmmədovun həmsoyadı ilə bağlı qərarda da məxfiliyi qoruması, onun neçə turluq cəzalandığını deməyə imkan vermir.
Xatırladaq ki, Məmmədovun rəhbərliyi dövründə hakimlikdən birdəfəlik kənarlaşdırıldıqları ehtimal olunan Zöhrab Qədiyev, İmanxan Sultani və Emil İsgəndərovun cəzalanmaları da xeyli müddət gizli saxlanılıb. Elə nəhs – XIII turun digər qurbanı Fariz Yusifovun da cəzasının nə vaxt bitəcəyi gizlədilir.

0
0