Hakim ölümdən döndü
12.12.2009 - 14:28
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının oyununu idarə edən Yəhya Əl-Zəhraninın həyatı təhlükə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının XI turunda keçirilən “Əl-Əhli” - “Əl-Fateh” qarşılaşmasına təyinat alan hakim işini başa çatdıra bilməyib. Əl-Zəhrani oyunun 82-ci dəqiqəsində özünü pis hiss edərək, yerə yıxılıb.
Hesab 1:1 olarkən baş verən bu hadisə meydandakıları bir anlıq şoka salıb. Son vaxtlar futbolçuların ürəyinin meydanda dayanması hallarının artması ərəbləri də qorxuya salıb. Lakin bu dəfə faciəsiz ötüşmək mümkün olub. Az keçməmiş özünə gələn referi ehtiyat hakim Əbdürəhman Əl-Əmridən onu əvəzləməyi xahiş edib. Qısa fasilədən sonra davam etdirilən görüş elə 1:1 hesabı ilə nəticələnib.

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0