Roberto Karlos: Artıq ayrılmaq vaxtıdır
13.12.2009 - 11:47
Uzun müddətdir “Fənərbaxça”dan gedib-getməyəcəyi mübahisə mövzusuna çevrilən Roberto Karlos klubu tərk edəcəyini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, braziliyalı futbolçu bildirib ki, dekabrın 17-də UEFA Avropa Liqası çərçivəsində “Şerif”lə oyundan sonra vətəninə qayıdacaq: “Trabzonspor”la qarşılaşma ərəfəsində cəzalı vəziyyətdəyəm. Qarşıda “Şerif” oyunu da var. Məşqçi məsləhət bilsə, “Fənərbaxça” formasında son oyunuma çıxmaq istəyirəm”.
“Fənərbaxça”da xoşbəxt olduğunu qeyd edən Karlos İstanbulu və Türkiyəni çox sevdiyini açıqlayıb: “Artıq ayrılmaq vaxtı gəldi. Yaşadığım xoşbəxt bir evliliyim var. Bu qərarı çox əvvəllər qəbul etmişdim. Hamilə olan həyat yoldaşımın yanına dönəcəm və illərdir ayrı qaldığım Braziliyaya təkrar qovuşacam”.
Anspress.com

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0