Sadıqov məğlubiyyətdə qapıçını günahlandırdı
13.12.2009 - 16:41
Sadıqov məğlubiyyətdə qapıçını günahlandırdı
“Xəzər Lənkəran” güclü rəqib olmasına baxmayaraq, onlara qarşı layiqli müqavimət göstərdik”. Apasport.az saytının xəbərinə görə, bunu “Turan” klubunun baş məşqçisi Nizami Sadıqov deyib.

Ölkə çempionatının XV turunda Tovuzda “Xəzər-Lənkəran”a 1:2 hesablı məğlubiyyətdən sonra meydan sahiblərinin çalışdırıcısı qapıçıdan şikayətlənib: “Hesabı bərabərləşdirsək də, qapıçımızın kobud səhvindən sonra meydanı məğlub tərk etdik. Qarşıdakı oyunlarımıza hazırlaşıb, xal ehtiyatımızı artırmağa çalışacağıq”.