Qurban Qurbanov: O insidenti nəzərə almasaq...
13.12.2009 - 16:47
Qurban Qurbanov: O insidenti nəzərə almasaq...
“Bu gün çox hörmət etdiyim komandaya qarşı oynayırdıq. Böyükağa müəllimə böyük hörmətim var. Məhz onun gəlişindən sonra komandada dirçəliş hiss olunur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.

Ölkə çempionatının XV turu çərçivəsində Sumqayıtda “Standard” üzərində qələbə (1:0) qazanan Ağdam təmsilçisinin çalışdırıcısı qeyd edib ki, komandası bu oyunda qarşıya qoyulan məqsədə çatıb: “Şadam ki, bu gün meydandan mehriban oyun getdi. Təbii ki, Elvinlə Ramalın arasında baş verən kiçik insidenti nəzərə almasaq. Məqsədimiz qələbə qazanmaq idi və buna da nail olduq. Qarşıda bizi iki çətin oyun gözləyir. Bununla belə, çalışacağıq ki, həm “Simurq”, həm də “Bakı”yla oyunlarda uğur qazanaq”.
0