Vaqif Sadıqov problemindən yox, “Muğan”ın şansından danışdı
13.12.2009 - 16:54
Vaqif Sadıqov problemindən yox, “Muğan”ın şansından danışdı
“Müdafiəçimiz qırmızı vərəqə aldıqdan sonra oyunun taktiki gedişində dəyişiklik etmək məcburiyyətində qaldıq. Azlıqda oynasaq da, "Neftçi" kimi komandaya iki top vurduq”. Apasport.az saytının xəbərinə görə, bunu “Muğan” klubunun baş məşqçisi Almir Hurtiç deyib.

“Neftçi” ilə 2:2 hesablı oyundan sonra təşkil olunan mətbuat konfransında bosniyalı mütəxəssis bildirib ki, qələbə hesabını qoruyub saxlaya bilməsələr belə, futbolçularına göstərdikləri oyuna görə təşəkkür düşür.

Hurtiçin “Neftçi” klubundakı həmkarı Vaqif Sadıqov isə rəqibi təbrik edib: “Muğan" klubunu təbrik edirəm, gözəl oyun nümayiş etdirdilər. Bütün oyunları belə oynasalar, daha yuxarı mövqedə qərarlaşa bilərlər. Öz komandam haqqında heç nə demək istəmirəm”.
0