“Premyer Liqanın yüksək səviyyəli 5-6 komandasından biri ilə qarşılaşdıq”
13.12.2009 - 18:56
“Premyer Liqanın yüksək səviyyəli 5-6 komandasından biri ilə qarşılaşdıq. Müdafiədə buraxdığımız kobud səhv qapımızda qolla nəticələndi”. Apasport.az saytının xəbərinə görə, bunu “Olimpik-Şüvəlan”ın baş məşqçisi nazim süleymanov “İnter”lə oyunsonrası mətbuat konfransında deyib. Meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edən “təyyarəçilər”in çalışdırıcısı bildirib ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edib turnir cədvəlində irəliləmək istəyirlər.
“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze isə qeyd edib ki, Nazim Süleymanovun gəlişindən sonra "Olimpik-Şüvəlan" daha yaxşı oyun göstərir: “Son günlər çox oyun keçirdiyimizdən komandada yorğunluq hiss olunur. Müxtəlif meydanlarda oynamağımız da öz sözünü deyir. Qələbə qazandığımız üçün şadam."

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0