Bülənt Korkmaz: Ramimin vurduğu qol planlarımızı pozdu
13.12.2009 - 20:37
Bülənt Korkmaz: Ramimin vurduğu qol planlarımızı pozdu
“Erkən qol bizim planlarımızı pozdu. Çünki biz başqa taktikayla oynamağı planlaşdırırdıq”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaza məxsusdur.

Unibank Premyer Liqasının XV turunda Zaqatalada yerli “Simurq” üzərində qələbə qazanan paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı bildirib ki, komandasında erkən qol gözləmirmiş: “Buna baxmayaraq, uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. Oyun çox çətin keçdi. Əvvəlcədən də belə olacağını bilirdik. Qələbə qazandığımıza görə çox şadam. Bu qələbəyə böyük ehtiyac duyurduq. Mübarizəmizi sonadək davam etdirəcəyik”.

Korkmazın həmkarı Roman Pokora isə bildirib ki, “Bakı” və “Simurq” arasındakı qarşılaşmalar həmişə çətin keçib: “Birinci dövrədə biz qalib gəlmişdik. İndi isə rəqib qələbə qazanmaqla, həmin məğlubiyyətin əvəzini çıxdı. Komandada çatışmazlıqlar var və bunu aradan qaldırmağa çalışacağıq”.
0