“Birlik kuboku” mütləq keçiriləcək
14.12.2009 - 09:59
“MDB və Baltikyanı ölkələrinin çempionlarının Birlik kuboku” turniri gələn il də keçiriləcək. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqı yarışın ciddi problemlər üzündən baş tutmayacağı haqda xəbərləri təkzib edib.
Qurumun prezidenti səlahiyyətlərini icra edən Nikita Simonyan nəinki kubokun baş tutacağını, hətta həmişəki kimi qonaqların da gələcəyini bildirib: “FİFA prezidenti Yozef Blatterlə onun UEFA-dakı həmkarı Mişel Platini də turnirə gələcək. Turnirin ləğv olunması ilə bağlı yayılan şayiələr isə əsassızdır”.
Qeyd edək ki, yarışda ölkəmizi son Azərbaycan çempionu “Bakı” təmsil edəcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0