Moldova yığmasının daha bir futbolçusu “Bakı”ya gələ bilər
14.12.2009 - 10:37
Moldova yığmasının daha bir futbolçusu “Bakı”ya gələ bilər
“Bakı” daha bir moldovalı futbolçunu transfer edə bilər. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı komandası Latviyanın “Ventspils” klubunda oynayan 25 yaşlı yarımmüdafiəçi İqor Sıqırlaşın xidmətində maraqlıdır.

Moldova yığmasının da üzvü olan Sıqırlaşın qış fasiləsində “Bakı”ya baxışa gələcəyi gözlənilir. Həmin müddətdə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində ölkəmizi təmsil edəcək “zolaqlılar” heyətini gücləndirmək fikrindədir. Yeni futbolçuların məhz həmin vaxt sınanması nəzərdə tutulub ki, türkiyəli baş məşqçi Bülənt Korkmaz yoxladıqlarının taleyi ilə bağlı yekun qərar verəcək.

Əgər İqorun keçidi baş tutarsa, həmyerliləri Aleksey Savinov və Vadim Boretsdən sonra komandada çıxış edən 3-cü moldovalı futbolçu olacaq. Sürətli, texnikalı oyunu seçilən moldovalı xüsusilə cinahlarda rəqiblərinə təhlükə yaradır. Karyerasında Moldova ilə Latviyanın çempionluq və kubokunu qazanıb.
0