“Birlik kuboku”nun başlayacağı gün bəlli oldu
14.12.2009 - 12:29
Gələn ilin yanvarında Rusiyanın paytaxtı Moskvada keçirilməsi planlaşdırılan “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sayca 18-ci olan ənənəvi yarışın startı yanvarın 15-də veriləcək. Ayın 25-dək davam edəcək turnirin oyunlarının “Olimpiyski” idman kompleksinin və “Dinamo” stadionunun manejlərində keçiriləcək. “Birlik kuboku”nun sponsorlarından birinin də adına aydınlıq gəlib. Belə ki, Moskva şəhər Bədən tərbiyəsi və İdman Departamenti büdcə hesabına yarışın maliyyələşməsinin bir hissəsini üzərinə götürüb.
Qeyd edək ki, Azərbaycan çempionu “Bakı”nın da qatılacağı turnirin iştirakçılarının sayı və tam siyahısı müəyyənləşmədiyindən hələ püşkatma da keçirilməyib.
Qeyd edək ki, Azərbaycan çempionu “Bakı”nın da qatılacağı turnirin iştirakçılarının sayı və tam siyahısı müəyyənləşmədiyindən hələ püşkatma da keçirilməyib.
0
0