Milli çempionatlarımız tarixində yeni antirekord
14.12.2009 - 12:51
“Qəbələ” Azərbaycan milli çempionatları tarixində yeni antirekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, qəbələlilərin cari mövsümdə ölkə kubokunu da nəzərə alsaq, 6 dəfə futbolçusu qırmızı vərəqə alıb. Bunlardan 5-i Unibank Premyer Liqasında, 1-i ölkə kubokunda olub.
Vəziyyət o həddə çatıb ki, baş məşqçi Ramiz Məmmədov da hakimlərin qəzəbinə tuş gəlib. Hər halda, 41 yaşlı mütəxəssis “Simurq”la ev oyununun sonunda aqressiv hərəkətinə görə texniki zonadan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi intizamsız futbolçuları ilə yanaşı, Məmmədovu da cəzalandırıb. Bununla, “altılıq” uğrunda mübarizə aparan “Qəbələ” cari mövsümün ən intizamsız komandası adını alıb. Təsadüfi deyil ki, sarı vərəqələrin çoxluğu da diqqət çəkir, “qırmızı” baxımdan isə mütləq antirekorddur. Qəbələlilər baş məşqçisinə verilən cəzanı da nəzərə alsaq, ardıcıl 4 oyundur belə aqibətlə üzləşir.
Əyalət komandasında meydandan qovulan futbolçuların çoxu legionerlərdir. Bunlar serb Milan Antiç, moldovalı Anatoli Ostap, ukraynalı İqor Melnik və polşalı Tomaş Stolpadır. Yeri gəlmişkən, sonuncu artıq iki dəfə (özü də hər iksində evdə) qırmızı vərəqə almaqla, “Standard”ın yarımmüdafiəçisi Ramal Hüseynovun antirekordunu təkrarlayıb. Belə ki, cari mövsümdə iki dəfə meydandan qovulan ilk futbolçu məhz Ramal olmuşdu.
Maraqlıdır ki, Hüseynov da Stolpa kimi ev oyunlarında (“Neftçi” və “Olimpik-Şüvəlan”la) qırmızı vərəqə alıb. “Qəbələ”də yerli futbolçulardan meydandan qovulan yalnız Namiq Əliyev olub ki, o, ikinci sarı vərəqəyə görə komandasını azlıqda qoyub. Yeri gəlmişkən, qəbələlilərdə birbaşa qırmızı, yaxud ikinci sarı vərəqə baxımdan cəza sayı bərabərdir.
“Qırmızı” alanlardan Melniklə Stolpa qəhrəmandan antiqəhrəmana çevriliblər. Əcnəbi hücumçular qol vurduqları oyunlarda sonradan meydandan qovulublar. “Qəbələ”nin cari mövsümdə bombardiri (4 qol) olan Melnik “Standard”la Sumqayıtdakı görüşdə qələbə topunu vurduqdan sonra önündə qırmızı vərəqə görüb. Stolpa isə “Qarabağ”la ev oyununda penalti zərbəsini dəqiq yerinə yetirməklə, hesabı açır, ancaq sonradan simulyasiyaya görə ikinci sarı alaraq, meydanı vaxtından əvvəl tərk edir.
“Qəbələ”nin üzvlərinə ən çox qırmızı vərəqə göstərən baş hakimlər Anar Salmanovla Elçin Məmmədov olub ki, onlar hərəyə iki dəfə ən sərt tədbirə əl atıb. Adətən komandalar azlıqda qalandan sonra xal qazanmaqda çətinlik çəkirlər. Maraqlısı odur ki, “Qəbələ” qırmızı vərəqə aldığı bu oyunların heç birində uduzmayıb, ən pis halda, hesabına 1 xal yazıb. Məmmədovun yetirmələri iki dəfə azlıqda qalandan sonra qələbə topunu da vurmağa müvəffəq olub. Göründüyü kimi, qırmızı vərəqə komandanı nəticə qazanmaq baxımından “sındırmır”.
VIII tur
25 oktyabr
“Turan” – “Qəbələ” – 0:1
Baş hakim: Elçin Məmmədov
Anatoli Ostap, 33 (birbaşa qırmızı vərəqə)
Həmin vaxt hesab açılmayıb və “Qəbələ” azlıqda qalandan sonra qələbə topunu vura bilib.
Azərbaycan kuboku
1/8 final mərhələsi, cavab görüşü
11 noyabr
“Qəbələ” – “Olimpik-Şüvəlan” – 1:0
Baş hakim: Elnur Muradov
Milan Antiç, 80 (ikinci sarı vərəqə)
Həmin vaxt hesab açılmayıb və “Qəbələ” azlıqda qalandan sonra qələbə topunu vura bilib. Ancaq komanda səfərdə 0:2 hesabı ilə uduzduğu, yəni növbəti mərhələyə “Olimpik-Şüvəlan” çıxdığı bu, təsəllidən başqa bir şey olmayıb.
XI tur
20 noyabr
“Standard” – “Qəbələ” – 1:2
Baş hakim: Anar Salmanov
İqor Melnik, 78-ci dəqiqə (birbaşa qırmızı vərəqə)
“Qəbələ” həmin vaxt hesabda 2:1 irəlidə olub və oyun elə bu nəticə ilə də bitib.
XII tur
28 noyabr
“Simurq” – “Qəbələ” – 1:1
Baş hakim: Elçin Məmmədov
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov oyunun 87-ci dəqiqəsində aqressiv hərəkətinə görə texniki zonadan kənarlaşdırılır. AFFA-nın sonra İntizam Komitəsi sonradan Məmmədova bir oyunluq cəza verir. “Qəbələ” baş məşqçisi cəzalandıqdan sonra hesab axıra kimi dəyişmir.
XIII tur
6 dekabr
“Qəbələ” – “Qarabağ” – 1:1
Baş hakim: Anar Salmanov
Tomaş Stolpa, 71-ci dəqiqə (ikinci sarı vərəqə)
Həmin vaxt “Qəbələ” hesabda 1:0 irəlidə olub və azlıqda qalandan sonra qol buraxan komanda görüşdə 1 xal qazanıb. AFFA-nın intizam Komitəsi oyunun videoyazısına izlədikdən sonra “Qəbələ”nin latviyalı qapıçısı Pavel Dorosevin rəqibə qarşı hərəkətinə görə onu iki oyunluq cəzalandırır.
XIV tur
10 dekabr
“Neftçi” – “Qəbələ” – 1:1
Baş hakim: Rövşən Əhmədov
Namiq Əliyev, 90+2-ci dəqiqə (ikinci sarı vərəqə)
Həmin vaxt hesab 1:1 olub və görüş elə bu nəticə ilə bitib.
XV tur
13 dekabr
“Qəbələ” – “Karvan” – 1:0
Baş hakim: Rauf Cabbarov
Tomaş Stolpa, 54 (birbaşa qırmızı vərəqə)
Həmin vaxt “Qəbələ” hesabda 1:0 irəlidə olub və görüş elə bu nəticə ilə də bitib.

0
0