“Qalatasaray”ın sabiq futbolçusu: Azərbaycan komandasından təklif almışam
14.12.2009 - 13:15
Bolqarıstanın “Montana” klubu ilə yollarını ayıran baş məşqçi Stevitsa Kuzmanovski çalışdırıcı fəaliyyətini Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 47 yaşlı makedoniyalı mütəxəssis ölkəmizdən təklif alıb.
Bolqar jurnalistlərə müsahibə verən Kuzmanovski neçə ildir çalışdığı ölkədən ayrılmaq perspektivindən danışıb: “Bir neçə təklif almışam. Bunlardan birinin Azərbaycan komandası olduğunu deyə bilərəm. Lakin onlara dəqiq cavab deməmişəm. Hələ fikirləşirəm”.
Qeyd edək ki, Bolqarıstan çempionatının güclülər dəstəsinin debütantı olan “Montana” birinci dövrədən sonra 15 matçda 4 qələbə qazanıb, 5 heç-heçə edib və 6 dəfə uduzub. 16 komanda arasında 11-ci olan komandanın çalışdırıcısı dövrə bitən kimi klubla vidalaşıb. Kuzmanovski karyerası boyu Yuqoslaviyanın “Pelister”, “Partizan”, OFK, “Rad” klublarında, U-19 və U-21-də, Türkiyənin “Qalatasaray”, “Əskişəhərspor”, “Antalyaspor”, “Kocaelispor” klublarında çıxış edib. Doqquz ildir məşqçiliyə başlayan makedoniyalı Serbiyanın OFK, Bolqarıstanın “Belasitsa” və “Slaviya” klublarını da çalışdırıb.

0
0