Ramiz Məmmədov: Mən bu məsələdə günahkar axtarmıram
14.12.2009 - 14:56
“Cari mövsümdə çoxlu qırmızı vərəqə almağımız bizi çəkindirmir. “Altılıq” uğrunda mübarizəni sona kimi aparacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Unibank Premyer Liqasının cari mövsümündə qırmızı vərəqələrin çoxluğu (6 dəfə) ilə diqqət çəkən Qəbələnin eyniadlı təmsilçisi ən intizamsız komanda olmaqla, milli çempionatlarımız tarixində yeni antirekord müəyyənləşdirib. Son turlarda cəzaları sıralayan “Qəbələ” baş məşqçisi Ramiz Məmmədovun da texniki zonadan kənarlaşdırılması ilə yadda qaldı. Ancaq narahatçılığa ciddi əsas görməyən 41 yaşlı mütəxəssis özünü təmkinli aparır.
Məmmədov vəziyyətin belə həddə çatmasında futbolçuları, yaxud hakimləri təqsirləndirməyi lazım bilmir: “Mən bu məsələdə günahkar axtarmıram. Qırmızı vərəqə alan futbolçular cəzalarını alıblar. Bu sıraya son turda meydandan qovulan polşalı hücumçu Tomaş Stolpa da aiddir. Cari mövsümdə artıq iki dəfə qırmızı vərəqə alan, komandanı çətin vəziyyətdə qoyan bu legioneri özümüz da cəzalandırmışıq. Lazım gəlsə, intizamsızlıq edənləri bundan da artıq cərimələyəcəyik. Futbolçularla nizam-intizamla bağlı mütəmadi söhbətimiz olur. Əsas məqsədimiz “altılığ”a düşməkdir. Bu yöndə mübarizədən dönməyəcəyik. Heyətimizdə 11 futbolçu qalsa belə, “altılıq” uğrunda axıra kimi döyüşəcəyik”.
Qeyd edək ki, Məmmədov özü də AFFA-nın İntizam Komitəsi tərəfindən bir oyunluq cəzalandırıb. O, ikinci dövrənin ilk turunda Zaqatalada yerli “Simurq”la görüşün 87-ci dəqiqəsində aqressiv hərəkətlərə görə texniki zonadan kənarlaşdırılıb.

0
0