Qazaxıstan yığmasının hücumçusu “Bakı” klubuna baxışa gəldi
14.12.2009 - 15:59
“Bakı” Qazaxıstan yığmasının hücumçusu Sergey Ostapenkonu baxışa çağırıb. Bu haqda apasport.az saytına paytaxt klubunun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq Bakıda olan “Aktobe”nin 23 yaşlı hücumçusu ilə bağlı son qərarı baş məşqçi Bülənt Korkmaz verəcək.
“Korkmaz hələ yaydan bu hücumçunun oyununu izləyib və xoşuna gəlib. Yəni Türkiyədə hansı komandada işləsəydi, Ostapenkonu yanına aparmaq fikrində idi. Hücumçuya ehtiyacımız var. Oleq də yaxşı fiziki göstəricilərə malikdir, gəncdir, milli komandasının üzvüdür. Onun əvvəlki oyunu xoş təəssürat oyadıb. Sadəcə, bir problemə görə transferi gerçəkləşdirməkdə tərəddüd edirik. Məsələ ondadır ki, qazax hücumçu son 5 ayda zədə üzündən oynamayıb. Zədədən sonra hansı formada olduğuna baxıb, qərar vermək lazımdır” – deyə Məmmədov bildirib.
Maraqlıdır ki, 1,91 m boya malik Ostapenko milli komandasında məhz yığmamızla rəsmi oyunda debüt edib. Bu, 2007-ci ilin iyunun 6-da Qazaxıstanda 1:1 hesabı ilə nəticələn görüş olub. Yığmasında keçirdiyi 16 oyunda 4 qol vuran hücumçu vətənində “Aktobe”yə qədər “Çesna, “Alma-Ata”, “Tobol” klublarında çıxış edib. Ötən il “Antverpen”ə icarəyə verilən Oleq Belçika təmsilçisinin heyətdə möhkəmlənə bilmədiyi üçün “Alma-Ata”ya qayıdıb.
Məmmədov maraq dairələrinə düşən əcnəbi yarımmüdafiəçilər – 23 yaşlı moldovalı İqor Sıqırlaşla 21 yaşlı Jambil Kukuyevlə hələ son qərar vermədiklərini bildirib: “Bu dəfə çempionatda fasilə az olacaq. Həm də gələn ay “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda ölkəmizi təmsil edəcəyik. Yəni transferlər üçün çox az vaxt olduğu üçün indidən işə başlamışıq. Bir-iki legionerlə maraqlanırıq. Nümayəndəmiz Sıqırlaşın oyununa baxmağa gedəcək. Elə Qazaxıstan milli komandasının üzvünün də oyununu izlədikdən sonra baxışa çağırmaqla bağlı qərar verəcəyik”.

0
0