Berti Foqts: Təki dediyiniz həyata keçsin - MÜSAHİBƏ
14.12.2009 - 16:14
Bu ayın əvvəlində müqaviləsində nəzərdə tutulan şərtlər əsasında Bakıya gələn Berti Foqts geridə qalan qısa zaman kəsiyində ölkə çempionatının bir neçə turunu izləməyə müvəffəq olub. Dünən daha iki görüşü izləyən alman mütəxəssisə "Olimpik-Şüvəlan" - "İnter" qarşılaşmasından sonra yaxınlaşıb, ayaqüstü bəzi suallara cavab tapmağa çalışdıq.
- "Şəfa"dakı oyun sizi razı saldımı?
- Çox söz deyə bilməyəcəm. Çünki Sumqayıtdakı matçı izlədiyimdən bu görüşün son dəqiqələrinə baxa bildim. Açığı, oyun xoşuma gəlmədi.
- Əl-Ayn turnirində olarkən AFFA-nın sizinlə uzatdığı müqaviləyə qol çəkmədiyinizi bildirmişdiz. Problem həllini tapdımı?
- Bütün məsələləri yoluna qoymuşuq.
- Həmin müqavilə seçmə mərhələnin, yoxsa 2011-ci ilin sonuna kimi nəzərdə tutulub?
- Təbii ki, seçmə mərhələni başa vurana qədər.
- Birdən yığmamız final mərhələsini adladı, onda necə?
- Təki dediyiniz həyata keçsin, ondan sonrası problem deyil, uzadarıq.
- Artıq 2 həftədi ki, Bakıdasız. Paytaxtımızda olduğunuz müddətdə çempionat oyunlarını izləməkdən başqa hansı işlərlə məşğul olmusuz?
- Bəzi işləri yoluna qoymuşam, klub məşqçiləri və futbolçularla görüşlərim olub, həmçinin Bernard Lippertlə geniş fikir mübadiləsi aparmışıq.
- Millinin növbəti təlim-məşq toplanışını keçməsi üçün fevralın 21-i ilə martın 3-ü aralığını göstərmisiz. Halbuki fevralın 26-28-də ölkə çempionatında 22-ci turun oyunlarının keçirilməsi nəzərdə tutulub.
- Mən öz planımı açıqlamışam. Bu, mənim problemim deyil. AFFA məsələni yoluna qoymağa çalışmalıdı. Milliyə hazırlıq lazımdı. Bütün dünyada bunun üçün müəyyən vaxt ayrılır. Ümid edirəm ki, Azərbaycanda da belə olacaq.
- Növbəti il yoldaşlıq oyunlarında üz-üzə gələcəyiniz sınaqçı rəqiblərin kimliyinə aydınlıq gətirmisizmi?
- Fevralın 7-də AÇ-2012-nin püşkatma mərasimi keçiriləcək. Həmin vaxt rəqiblərimizin kimliyinə aydınlıq gələndən sonra qərarımızı verəcəyik. Çünki işimizi ona uyğun quracağıq.
- Artıq neçə turdu ki, çempionat oyunlarını izləyirsiz. İki il öncəkiylə müqayisədə hansısa irəliləyişin olduğunu hiss edirsizmi?
- Sözsüz ki, irəliləyişi görmək mümkündi. Ən çox diqqətimi çəkən komandaların daha çox hücum edərək, qol vurmaq istəməsidi.
- Baxdığınız oyunlara əsasən milliyə yeni namizədlər aşkarlaya bilmisizmi?
- Bəzi futbolçular var ki, apreldə Bakıda nəzərdə tutduğum təlim-məşq toplanışında onları sınaqdan keçirəcəm.
- Ad bilmək olarmı?
- Vaxtı gələndə özünüz görəcəksiz.
- Nə vaxta kimi Bakıda qalacaqsız?
- Artıq 2 həftədi burdayam. Dekabrın 15-də Almaniyaya gedəcəm. Ancaq qısa müddətdən sonra yenidən qayıdacam. Narahat olmayın, boş oturmuruq, işləyirik.
Mənbə: Futbol+ qəzeti

0
0