2012-ci il Avropa çempionatının loqosu – FOTO
14.12.2009 - 16:48
2012-ci il Avropa çempionatının loqosu – FOTO
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi loqotipi və şüarı təqdim olunub. Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, loqotip və şüarı UEFA prezidenti Mişel Platini, Ukrayna Futbol Federasiyasının (FFU) prezidenti Qriqori Surkis və Polşa Futbol Federasiyasının prezidenti Qjeqoj Lyato təqdim ediblər.

Loqotipdə üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO2012 yazılan zoğalı rəngli kökdən böyuyür.

Avropa çempionatının şüarı isə “Birgə tarix yaradaq” sözləridir. Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb.

Qeyd edək ki, qitə birinciliyi Ukraynanın Kiyev, Lvov, Donetsk, Xarkov, Polşanın isə Varşava, Poznan, Vrotslav və Qdansk şəhərlərində olacaq. Çempionatın seçmə qrup mərhələsinin püşkü 2010-cu il fevralın 7-də atılacaq.